UEFA Türkiyə millisinin futbolçusu Merih Demiral ilə bağlı qərarını açıqladı
UEFA Türkiyə millisinin futbolçusu Merih Demiral ilə bağlı qərarını açıqlayıb.
1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, UEFA Merih Demiralı 2 oyunluq diskvalifikasiya edib.
Türkiyə Futbol Federasiyası (TFF) məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.
Qeyd edək ki, Merih Demiral Almaniyada keçirilən AVRO-2024-də Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında “bozqurd” işarəsi göstərib. UEFA futbolçunun əl hərəkətinə görə araşdırmaya başlamışdı. "Ay-ulduzlular" iyulun 6-da, AVRO-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.
Həmçinin oxuyun: Avropada daha bir “bozqurd” salamı - FOTO
2159