İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib - YENİLƏNİB

11:48 - Bu gün
İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də “MAN Truck&Bus” şirkətinin baş direktoru Aleksandr Vlaskampı qəbul edib.

1news.az xəbər verir ki, COP29-un keçirilməsi ilə bağlı təbriklərini çatdıran qonaq bunun çox önəmli bir tədbir olduğunu vurğuladı.

Aleksandr Vlaskamp COP29-da nəqliyyat sahəsinin də mühüm amil olduğunu deyərək, bu istiqamətdə Azərbaycanla əməkdaşlığın önəminə toxundu.

Dövlət başçısı qeyd etdi ki, COP29-a hazırlıq işləri artıq son mərhələdədir. Prezident İlham Əliyev vurğuladı ki, ölkədə bu işlərə bir ildən də az vaxt olmasına baxmayaraq, Azərbaycan COP29-un yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəmir. Dövlət başçısı COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı 198 ölkənin yekdil dəstəyini yüksək qiymətləndirərək bu cür tədbirin regionda birinci dəfə ölkəmizdə təşkil edilməsinin böyük önəm daşıdığını qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycanda yaşıl və bərpaolunan enerjiyə keçid istiqamətində böyük işlərin görüldüyünü və artıq bir sıra mühüm layihələrin reallaşdırıldığını bildirdi.

Prezident Azərbaycanda nəqliyyat sisteminin də səmərəli fəaliyyəti üçün tədbirlər görüldüyünü dedi və bu baxımdan “MAN Truck&Bus” şirkəti ilə əməkdaşlığın əhəmiyyətinə toxundu.

Görüşdə Azərbaycanla “MAN Truck&Bus” şirkəti arasında potensial əməkdaşlıq imkanları ilə bağlı müzakirələrin aparılmasından məmnunluq ifadə edildi, şirkətin ölkədə fəaliyyətinə dair fikir mübadiləsi aparıldı. Bu şirkətin istehsalı olan çox sayda texnikanın ölkədə istifadə edildiyi bildirildi. Azərbaycanın artan sosial-iqtisadi potensialı və ehtiyacları nəzərə alınaraq şirkətin məhsullarının alınması ilə yanaşı, ölkədə yerli istehsal imkanları da müzakirə olundu və bunun üçün vahid işçi qrupu çərçivəsində araşdırmaların həyata keçirilməsi barədə razılıq əldə edildi.

10:49

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də “MAN Truck&Bus” şirkətinin baş direktoru Aleksandr Vlaskampı qəbul edib.

Paylaş:
90

Son xəbərlər

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 13:05İnklüziv cəmiyyətin inkişafına töhfə verən Mərkəzdə hazırda həssas qruplara aid 160-dək benefisiar təlimlərdən yararlanırBu gün, 12:40Yağışlı hava şəraiti məktəblərdə davamiyyətə təsir edibmi?Bu gün, 12:29DYP hava şəraiti ilə bağlı müraciət edibBu gün, 12:15Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının İkinci Hesabat-Seçki konfransı keçirilib - FOTOBu gün, 12:01İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib - YENİLƏNİBBu gün, 11:48Bakıda bəzi yollara məhdudiyyət tətbiq edilib - FOTOBu gün, 11:22Yasamalda yaşayış evində uçqun olub - VİDEOBu gün, 11:12AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 10:59Azərbaycan Ordusunun hərbçisi odlu silahdan açılmış atəş nəticəsində ölübBu gün, 10:33Bakıda su basmış ərazilərdən suyun çəkilməsi davam etdirilir - YENİLƏNİBBu gün, 10:19Azərbaycan nefti bahalaşıbBu gün, 10:07Ölkəmizdə qeyri-sabit hava şəraiti davam edir, bəzi yerlərdə intensiv leysan yağır - FAKTİKİ HAVABu gün, 10:00Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?Bu gün, 09:36Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yağışın törətdiyi fəsadlarla əlaqədar sürücülərə müraciət edibBu gün, 09:14Bakıda tıxac müşahidə edilən küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 08:57Abşeron rayonu Qobu qəsəbəsində sakinlərin göz xəstəlikləri üzrə pulsuz müayinəsi keçirildi - FOTO21 / 10 / 2024, 18:27Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb21 / 10 / 2024, 17:59Naxçıvanda 2 tona yaxın çətənə kolu məhv edilib21 / 10 / 2024, 17:52Kürəkənin öldüyü partlayışa görə qayınatası cəzalandırıldı21 / 10 / 2024, 17:41
Bütün xəbərlər