Abşeron rayonu Qobu qəsəbəsində sakinlərin göz xəstəlikləri üzrə pulsuz müayinəsi keçirildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeron rayonu Qobu qəsəbəsində sakinlərin göz xəstəlikləri üzrə pulsuz müayinəsi keçirildi - FOTO

18:27 - 21 / 10 / 2024
Abşeron rayonu Qobu qəsəbəsində sakinlərin göz xəstəlikləri üzrə pulsuz müayinəsi keçirildi - FOTO

"Bu gün Abşeron rayonu Qobu qəsəbəsində sakinlərin göz xəstəlikləri üzrə pulsuz müayinəsini keçirdik".

Bu barədə millət vəkili Nigar Məmmədova özünün “Facebook” səhifəsində məlumat paylaşıb.

"Vətəndaşların göz xəstəliklərinin pulsuz müayinəsi "Universal Hospital”ın peşəkar, yüksəkixtisaslı həkimləri tərəfindən həyata keçirilir. Müayinələrdə əsasən ehtiyacı olan ailələr iştirak edir. Müayinə ilə yanaşı həkimlər tərəfindən müvafiq məsləhətlər verilir, eynək və müalicə üçün reseptlər yazılır. Mən öz adımdan xəstəxananın baş həkiminə, eləcə də bütün peşəkar heyətə göstərdikləri dəstəyə görə təşəkkürümü bildirirəm. Əminəm ki, aksiyada iştirak edən vətəndaşlarımız tez bir zamanda şəfa tapıb, öz sağlıqlarına qovuşacaqlar.

Qeyd edim ki, aksiya Abşeron rayonu Hökməli qəsəbəsində də təşkil olunacaq.

Xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara dəstək dövlət siyasətinin əsas prioritetlərindən biridir. Uğurla reallaşan dövlət proqramları nəticəsində bu gün ölkə vətəndaşları səhiyyə sahəsində də ən yüksək xidmətlə təmin olunur. Prezident İlham Əliyevin əhalinin sağlamlığına diqqətinin göstəricisidir ki, son illər ölkəmizdə səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir, ölkənin bütün regionlarında müasir xəstəxanalar, tibb məntəqələri fəaliyyət göstərir. Əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsidir. Bu istiqamətdə Heydər Əliyev Fondunun reallaşdırdığı layihələri, xeyriyyə aksiyalarını xüsusi qeyd etməliyik. Prezident İlham Əliyevin də söylədiyi kimi, ölkəmizdə dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu aksiya da dövlətin həyata keçirdiyi nəcib təşəbbüslərə dəstək məqsədi daşıyır", - N.Məmmədovanın paylaşımında qeyd olunub.

Paylaş:
545

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər