İnklüziv cəmiyyətin inkişafına töhfə verən Mərkəzdə hazırda həssas qruplara aid 160-dək benefisiar təlimlərdən yararlanır | 1news.az | Xəbərlər
Cəmiyyət

İnklüziv cəmiyyətin inkişafına töhfə verən Mərkəzdə hazırda həssas qruplara aid 160-dək benefisiar təlimlərdən yararlanır

12:40 - 22 / 10 / 2024
İnklüziv cəmiyyətin inkişafına töhfə verən Mərkəzdə hazırda həssas qruplara aid 160-dək benefisiar təlimlərdən yararlanır

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışından 3 il ötür.

1news.az xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə 2021-ci il oktyabrın 22-də açılışı olan Mərkəz Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzin əsas məqsədi əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar və digər həssas qruplara aid şəxslərin istedad və bacarıqlarının inkişafına, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.

Mərkəz 121 nəfərlik auditoriumdan, müxtəlif peşə-yaradıcılıq otaq və studiyalarından, kitabxanadan, inzibati otaqlardan, yeməkxanadan və s. ibarətdir. Burada 14 fəaliyyət istiqaməti (rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma, bədii oyma, kulinariya, səhnə ifaçılığı və s.) üzrə təlimlər təşkil edilir.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ötən dövrdə 580-dək şəxsə xidmət göstərilib və hazırda Mərkəzdə həssas əhali qruplarından olan 160-a yaxın benefisiar təlimlərdən yararlanır. Həmçinin bu vaxtadək Mərkəzdə həssas əhali qruplarından olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün 100-dən çox tədbir təşkil olunub.

Mərkəzin benefisiarlarının əl işləri ölkəmizin hüdudlarından kənarda təşkil olunan 2 beynəlxalq tədbirdə - 4-cü Qış Olimpiya Oyunları çərçivəsində Cənubi Koreyanın Qanqvon əyalətində əlilliyi olan gənclərin əl işlərindən ibarət sərgidə, həmçinin Cenevrədə Millətlər Sarayında 2 aprel - Dünya Autizm Məlumatlandırma Gününə həsr olunmuş ekspozisiyada nümayiş etdirilib.

Mərkəzdə müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlimlərlə bərabər, sosial pedaqoji və psixoloji dəstək xidmətləri də göstərilir. Cari il ərzində də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas əhali qruplarından olan şəxslərə 1400-dən çox sosial pedaqoji inkişaf və psixoloji dəstək xidmətləri göstərilib.

Ötən ilin noyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyevanın iştirakı ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllıda “DOST EVİ” filialının da açılışı olub.

Bölgədə yaşayan həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsinə, onların məşğulluq imkanlarının artırılmasına xidmət göstərən filialda 10 istiqamət üzrə 6 emalatxana - dulusçuluq, bədii oyma, misgərlik və zərgərlik, dərzilik və kəlağayı, xalçaçılıq, toxuma və bədii tikmə, un məmulatları emalatxanaları fəaliyyət göstərir.

Paylaş:
189

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər