Kürəkənin öldüyü partlayışa görə qayınatası cəzalandırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Kürəkənin öldüyü partlayışa görə qayınatası cəzalandırıldı

17:41 - 21 / 10 / 2024
Kürəkənin öldüyü partlayışa görə qayınatası cəzalandırıldı

Ötən ilin 2 yanvar tarixində Binəqədi rayonu Cavadxan küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş partlayışa görə məhkəmə prosesi başa çatıb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Şərur” MTK-ya məxsus binanın 18-ci mərtəbəsində yerləşən mənzilin sahibi 1962-ci il təvəllüdlü Əlibaba Kəlbəliyevə hökm oxunub.

O, Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma-ölümlə nəticələndikdə) maddəsi üzrə təqsirli bilinib.

Bildirilib ki, 2022-ci ildə Ə.Kəlbəliyevin qızı Məhəmməd Babayevlə ailə qurub. Bundan sonra o, Cavadxan küçəsindəki evini kürəkəninə yaşamaq üçün verib və gənc ailə həmin mənzildə yaşamağa başlayıb.

Hadisə baş verən gün M.Babayev evə gəlib və az sonra mənzildə qaz sızmasından güclü partlayış baş verib. Zərbənin təsirindən M.Babayev 18-ci mərtəbədəki mənzilin pəncərəsindən Cavadxan küçəsinə düşərək həlak olub. Həmçinin evə və qonşu mənzillərə məxsus qapı-pəncərələr dağılıb, əşyalar küçəyə tökülüb. Yol kənarındakı avtomobillərə və obyektlərə ziyan dəyib. Hadisə nəticəsində bir neçə sakin də xəsarət alıb.

Ə.Kəlbəliyev hadisədən əvvəl də binada qaz sızmasının olduğunu və MTK-nın, müvafiq qurumların cavabdeh olduğunu bildirib.

O, ibtidai istintaqa verdiyi ifadəsini məhkəmədə təsdiq etməyib və hadisədə günahının olmadığını bildirib.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Ə.Kəlbəliyevə 4 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun barəsindəki polisin nəzarəti altına verilmə qətimkan tədbiri dəyişdirilməyib və cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.

Paylaş:
179

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər