Taleh Kazımov: İnflyasiyanın hədəf daxilində idarə olunması 2027-ci ildə də əsas məqsəd olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Taleh Kazımov: İnflyasiyanın hədəf daxilində idarə olunması 2027-ci ildə də əsas məqsəd olacaq

1news Lab14:48 - Bu gün
Digər dillərdə oxuyun:РусскийEnglish
Taleh Kazımov: İnflyasiyanın hədəf daxilində idarə olunması 2027-ci ildə də əsas məqsəd olacaq

2027-ci ildə də Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanı hədəf daxilində idarə etmək olacaq, məzənnə isə makroiqtisadi sabitliyin başlıca dayaq nöqtəsi kimi çıxış edəcək. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

AZƏRTAC xəbər verir ki, T. Kazımov bu fikirləri "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Azərbaycan Respublikasının Milli Məclisinin plenar iclasında müzakirəsi zamanı səsləndirib.

Onun sözlərinə görə, pul siyasəti üzrə qərarlar makroiqtisadi proqnozlara və təhlillərə əsaslanacaq. Eyni zamanda, xarici balansın profisitli olması valyuta bazarında tarazlığı dəstəkləyəcək.

Pul siyasətinin dəstəkləyici əməliyyat hədəfi kimi pul bazarındakı qısamüddətli faizlərdən istifadə olunacaq. Azərbaycan Respublikasının Mərkəzi Bankı mövcud alətlər vasitəsilə qısamüddətli faizləri faiz dəhlizi daxilində idarə edəcək. Bundan başqa, pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək.

Paylaş:
34

Son xəbərlər

Bütün xəbərlər