Fərhad Məmmədov Qazaxıstanın dövlət qulluqçuları üçün mühazirə ilə çıxış edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Fərhad Məmmədov Qazaxıstanın dövlət qulluqçuları üçün mühazirə ilə çıxış edib - FOTO

1news Lab11:43 - Bu gün
Digər dillərdə oxuyun:РусскийEnglish
Fərhad Məmmədov Qazaxıstanın dövlət qulluqçuları üçün mühazirə ilə çıxış edib - FOTO

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyəti sədrinin müavini Fərhad Məmmədov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Xəzər regionu ətrafında geosiyasi vəziyyət" mövzusunda mühazirə ilə çıxış edib.

Mühazirə Qazaxıstan Respublikasının dövlət qulluqçuları üçün təşkil olunan "Dövlət idarəçiliyində innovativ texnologiyalar" adlı təcrübə proqramı çərçivəsində baş tutub.

Çıxış zamanı F. Məmmədov Xəzər regionunun müasir geosiyasi mənzərəsini, böyük güclərin regiondakı geosiyasi maraqlarını və regional təhlükəsizlik çağırışlarını təhlil edib. O, həmçinin region dövlətləri arasında siyasi və iqtisadi əməkdaşlığın əsas istiqamətlərinə, enerji təhlükəsizliyi və nəqliyyat-kommunikasiya marşrutlarının strateji əhəmiyyətinə toxunub.

BMTMM sədrinin müavini Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqların yaratdığı imkanlara da diqqət çəkib, Avrasiya məkanında regional əməkdaşlığın inkişafı baxımından Azərbaycan-Qazaxıstan strateji münasibətlərinin və iki ölkə arasında tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər