BDU-nun yeni rektoru Məleykə Abbaszadə kollektivə təqdim olunub | 1news.az | Xəbərlər
Siyasət

BDU-nun yeni rektoru Məleykə Abbaszadə kollektivə təqdim olunub

1news Lab23:41 - 19 / 11 / 2026
Digər dillərdə oxuyun:РусскийEnglish
BDU-nun yeni rektoru Məleykə Abbaszadə kollektivə təqdim olunub

Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadə kollektivə təqdim olunub.

Bu barədə Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev "Facebook" şəbəkəsindəki səhifəsində məlumat verib.

Nazir təhsil sahəsində mühüm fəaliyyəti ilə seçilən M. Abbaszadəyə yeni vəzifəsində uğurlar arzulayıb.

"Əminəm ki, Məleykə xanımın zəngin idarəçilik təcrübəsi, təhsilimizin inkişafına verdiyi töhfələr və peşəkar fəaliyyəti BDU-nun qarşıdakı inkişaf mərhələsində mühüm rol oynayacaq", - deyə E. Əmrullayev qeyd edib.

O, eyni zamanda universitetə rəhbərlik etdiyi müddətdə göstərdiyi fəaliyyətə və BDU-nun inkişafına verdiyi töhfələrə görə Elçin Babayevə təşəkkürünü bildirib.

"Report"-un məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Elçin Səfəralı oğlu Babayev BDU-nun rektoru vəzifəsindən azad edilib, Məleykə Mehdi qızı Abbaszadə isə həmin vəzifəyə təyin olunub. Dövlət başçısının digər sərəncamı ilə M. Abbaszadə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Xatırladaq ki, E. Babayev BDU-nun rektoru vəzifəsinə 2019-cu il martın 11-də təyin edilmişdi. M. Abbaszadə isə 2000-2016-cı illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK), 2016-2024-cü illərdə DİM-in Direktorlar Şurasının sədri olub, 2024-cü ildən isə mərkəzin İdarə Heyətinin sədri vəzifəsini icra edirdi.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər