Sədərəkdə ticarət çökür: satıcılar icarə haqqını belə güclə ödəyir - VİDEOREPORTAJ | 1news.az | Xəbərlər
1news TV

Sədərəkdə ticarət çökür: satıcılar icarə haqqını belə güclə ödəyir - VİDEOREPORTAJ

Ayxan Məlikzadə12:03 - Bu gün
Sədərəkdə ticarət çökür: satıcılar icarə haqqını belə güclə ödəyir - VİDEOREPORTAJ

Bir zamanlar Sədərək Ticarət Mərkəzində alıcı əlindən tərpənmək olmur, mağazalarda sıxlıq yaşanırdı.

İndi isə vəziyyətin dəyişdiyini deyənlər az deyil. Satışların azalması, alıcı qıtlığı və malların əldə qalması satıcıların əsas problemlərinə çevrilib. Bəzi sahibkarlar hətta icarə haqqını ödəməkdə çətinlik çəkdiklərini bildirirlər.

Bir çoxları bu dəyişiklikləri son illərdə onlayn alış-verişin geniş yayılması ilə əlaqələndirir.

Mövzu ilə bağlı 1news.az olaraq Sədərək Ticarət Mərkəzinə yollandıq. Satıcılarla söhbətləşərək onların hazırkı vəziyyəti, və üzləşdikləri çətinliklərlə maraqlandıq. 

Eyni zamanda, şəhər sakinləri arasında sorğu keçirərək onların hansı alış-veriş formasına üstünlük verdiklərini öyrəndik.
Hazırladığımız videoreportajı sizə təqdim edirik.

Paylaş:
46

Son xəbərlər

Bütün xəbərlər