Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarları bir araya gətirdi – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarları bir araya gətirdi – FOTO

15:40 - 20 / 11 / 2019
Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarları bir araya gətirdi – FOTO

Azərbaycan Beynəlxalq Bankının müştərisi olan bir qrup kiçik və orta sahibkarla bankın təşəbbüsü əsasında görüş keçirilib.

İşgüzar şam süfrəsi formasında təşkil olunmuş ilk belə görüşdə Bakı və Bakıətrafı bölgələrdən 30-a yaxın sahibkar iştirak edib. İştirakçılar arasında sıx kommunikasiya mühiti yaradan tədbirdə sahibkarlar bank məhsul və xidmətləri ilə bağlı istəklərini bank təmsilçilərinə çatdırıblar. Biznes layihələrinin maliyyələşdirilməsi, kiçik və orta sahibkarlıq seqmenti üzrə iş proseslərinin daha effektiv qurulması üçün müəyyən təkliflər irəli sürüblər. Sahibkarlara xidmət səviyyəsini qiymətləndirməkdən ötrü görüş iştirakçıları arasında sorğu da keçirilib. Sahibkarlar müvafiq suallara cavab verərək bankda onlara göstərilən xidməti 5 ballıq sistemlə qiymətləndiriblər.

Azərbaycan Beynəlxalq Bankının Kiçik və orta sahibkarlarla iş departamentinin direktoru Nuru Xəlilov bu cür işgüzar görüşlərin regionlarda da davam etdiriləcəyini bildirib: “Məqsədimiz kiçik və orta sahibkarlarla daha sıx çalışmaqdır. Məhsul və xidmətlərimizi onlar üçün daha əlçatan etməkdir. Belə görüşlər bizə imkan verəcək ki, bu müştəri seqmenti ilə əlaqələrimizi daha da gücləndirək. Sahibkarlara onların istəklərinə uyğun həllər təqdim edə bilək. Ümid edirik ki, bu cür görüşlərin qarşılıqlı faydaları çox olacaq”.  

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

 

Paylaş:
700

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər