Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 58-ci Venesiya Biennalesində təmsil olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 58-ci Venesiya Biennalesində təmsil olunur

11:51 - 14 / 05 / 2019
Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 58-ci Venesiya Biennalesində təmsil olunur

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 58-ci Venesiya Biennalesi – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur. Biennalidə ölkəmiz “Virtual reallıq” (“Virtual Reality”) mövzusundakı milli pavilyonla iştirak edir.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında açılan ekspozisiyada rəssam və heykəltəraşlar Zeyqəm Əzizov, Orxan Məmmədov, Zərnişan Yusif, Kənan Əliyev və Ülviyyə Əliyevanın əsərləri təqdim olunur.

Pavilyondakı multimedia əsərləri, instalyasiya və heykəllərin mövzusu bunları əhatə edir: insanlar hər gün heyrətamiz xəbər axını ilə üzləşir. Dünyada hər bir insan gün ərzində təxminən 150 dəfə telefonunu yoxlayır, 2 milyarddan çox insan sosial şəbəkələrdən istifadə edir. Saxta xəbərlər sosial şəbəkələr vasitəsilə daha çox paylaşılır, aparılan müzakirələrin əksər hissəsi isə onların doğru olub-olmadığı ilə bağlı deyil.

58-ci Venesiya Biennalesi noyabrın 24-dək davam edəcək.

Venesiya Biennalesi müasir incəsənət sahəsində dünyanın ən nüfuzlu sərgilərindən hesab olunur və iki ildən bir keçirilir. Azərbaycan bu beynəlxalq layihədə 2007-ci ildən iştirak edir.

S.Xankişiyeva

 

Paylaş:
708

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər