1news.az

Bakıda ağır yol qəzası: 2 ölü, 1 yaralı

7 Aprel saat 15:53 ~ 1 dəqiqəlik oxu 223
Bakıda ağır yol qəzası: 2 ölü, 1 yaralı

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, aprelin 6-da saat 7 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Əlihüseyn Vəliyev idarə etdiyi “VAZ-21144” markalı avtomobili yolun kənarındakı yerüstü piyada keçidinin beton dirəyinə vurmuşdur. Nəticədə sürücü və sərnişinlərindən paytaxt sakini Əli Abasquluzadə hadisə yerində ölüb, xəsarət alan digər sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

1news.az

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net