Əli Nağıyev: “Qorxu koronavirusdan daha təhlükəlidir” – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əli Nağıyev: “Qorxu koronavirusdan daha təhlükəlidir” – VİDEO

13:18 - 27 / 02 / 2020
Əli Nağıyev: “Qorxu koronavirusdan daha təhlükəlidir” – VİDEO

“Qorxu koronavirusdan daha təhlükəlidir”.

1news.az xəbər verir ki, bu fikirləri tanınmış həkim, uzun müddət tibb proqramlarının aparıcısı kimi tanınan Əli Nağıyev koronovirusla bağlı videomüraciətində səsləndirib.

“Koronavirus SARS virusları qrupuna daxildir. Onun ağçiyərləri zədələmək ehtimalı var. Amma bu o demək deyil ki, mütləq zədələyəcək. Bu gün dünyada koronavirusdan ölənlərin sayı qripdən ölənlərin sayından çox deyil. Ona görə özünüzə psixoloji əziyyt verməyin. Dəqiq statistikaya əsasən, bu virus yaşlı və zəif insanları öldürür. Yoluxmuş 80 min insanın içərisində 2000 nəfərin ölməsi təxminən 3 faiz təşkil edir ki, bu da böyük göstərici hesab olunmaz. Qorxu özü daha çox öldürmə qabiliyyətinə malikdir, nəinki xəstəlik”,- deyə həkim bildirib.

“Bizim ölüm tariximizi koronavirus, yox Allah müəyyən edir. Təbii ki, yoluxanlar karantin altına alınmalıdır, amma hər yoluxan öləcək deyə bir şey yoxdur. Oxuyun, araşdırın, o zaman görəcəksiniz ki, hər şey heç də təqdim edildiyi qədər qorxunc deyil. Bu sizi qorxudaraq idarə etmək marağından irəli gələ bilər. Beynimizi hansı dalğaya kökləsək, başımıza o gələcək. Koronovirusdan ölənlərin faiz nisbəti digər qriplərdən ölənlərin sayından çox da fərqlənmir. Dünyada avtomobil qəzalarından, alkoqolizmdən ölənlərin sayı bundan çoxdur. Bu, obyektiv qorxu deyil”,- deyə o vurğulayıb.

Ə.Nağıyevin videomüraciətini təqdim edirik:

1news.az

Paylaş:
1643

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər