Ermənistan Silahlı Qüvvələri tərəfindən atılan mərmilər Tovuzda həyətyanı sahələrə düşüb
Ermənistan Silahlı Qüvvələri tərəfindən bu gün səhər saatlarında Tovuzun Dondar Quşçu kəndinə atılan mərmilər yaşayış evlərinə və bir neçə həyətyanı sahəyə düşüb.
1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib. V.Dərgahlı bildirib ki, nəticədə evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.
Mülki şəxslər arasında xəsarət alan yoxdur.
Qafar Ağayev
742