Hikmət Babaoğlu: “Tofiq Yaqublu dövlətimizin humanizm siyasəti sayəsində evinə gedə bilib” | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Babaoğlu: “Tofiq Yaqublu dövlətimizin humanizm siyasəti sayəsində evinə gedə bilib”

18:36 - 18 / 09 / 2020
Hikmət Babaoğlu: “Tofiq Yaqublu dövlətimizin humanizm siyasəti sayəsində evinə gedə bilib”

"Tofiq Yaqublu barədə qərarın dəyişdirilməsi bir daha onu göstərdi ki, Azərbaycan dövləti ənənəvi olaraq hüquqi imkanlar daxilində humanist siyasətin təmin olunmasında maraqlıdır. Bu isə o deməkdir ki, hər bir vətəndaşın həyatı, sağlamlığı dövlətimiz üçün olduqca qiymətlidir".

Bunu 1news.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu bu gün Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdə olan Tofiq Yaqublunun ev dustaqlığına buraxılmasını şərh edərkən deyib.

Deputat bildirib ki, ancaq bir məsələni də qeyd etmək lazımdır ki, məhkəmə hökmündən bəri davam edən hüquqi prosedurlar paralel olaraq həm də ictimai-siyasi müstəviyə də transfer edildi və əslində ciddi şəkildə istismara məruz qaldı:

“Bunu edənlər Tofiq Yaqublunun azad edilməsini istəyənlər kimi görünsələr də heç də əsl məqsədləri bu deyildi. Çünki onları vətəndaşımızın həbsindən, sağlamlığından, azadlığından daha çox səxsi siyasi çıxarları maraqlandırırdı və axıra qədər də bu mövqelərindən əl çəkmədilər. Bax, ictimai vicdanı ağrıdan da elə budur. Ancaq bu marginal qruplardan fərqli olar xeyli sayda ziyalımız, millət vəkillərimiz, yerli insan hüquq müdafiəsi təşkilatları təmsilçilərimiz də var idi ki, onlar hüququn nə üçün tətbiq olunduğunu obyektiv qiymətləndirərək dövlətimzin Tofiq Yaqublu üçün istisna humanist mövqe ortaya qoymasını xahiş edirdilər. Bax, Tofiq Yaqublunun azadlığa çıxmasını həqiqi istəyənlər bunlar idi.

Hüquq sistemimiz isə bütün nüansları nəzərə alaraq ölkəmizdə həyata keçirilən cinayət hüququnun humanistləşdirilməsi kontekstində yeni humanist qərar qəbul etdi və bu qərar hamımız tərəfindən alqışlanır. Çox təəssüf ki, hadisəni istismar edənlər yenə də guya yeni qərarın onların təzyiqi nəticəsində baş tutduğunu iddia edirlər. Beləliklə də həm dövlətimizin ədalətini, həm hüquqi sistemimizin hümanizmini gözdən salmağa çalışırlar. Ancaq ictimai rəyin obyektiv əsaslarda qəbul etdiyi gerçəklik budur ki, Tofiq Yaqublu dövlətimizin humanizm siyasəti sayəsində evinə gedə bilib və bu yüksək qiymətləndirilməli hadisədir”.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.

Tofiq Yaqublu səhhəti ilə əlaqədar sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.

Qafar Ağayev

Paylaş:
1045

Son xəbərlər

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11
Bütün xəbərlər