1news.az

İrəvan Mnatsakanyan-Məmmədyarov görüşünü konstruktiv adlandırıb

17 Yanvar saat 11:03 ~ 1 dəqiqəlik oxu 271
İrəvan Mnatsakanyan-Məmmədyarov görüşünü konstruktiv adlandırıb

Ermənistan və Azərbaycan xarici işlər nazirləri Zöhrab Mnatsakanyan və Elmar Məmmədyarov konstruktiv fikir mübadiləsi aparıblar.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirlər yanvarın 16-da Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şoferin(ABŞ) vasitəçiliyi ilə keçirilib. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də danışıqlarda iştirak edib.

“Görüşdə qarşılıqlı anlaşma və inamın artırılmasına xidmət edən faydalı və konstruktiv fikir mübadiləsi aparılıb. Dörd saatdan çox davam edən danışıqlarda xalqların sülhə hazırlanması, təhlükəsizlik və regionun sabit inkişafı daxil olmaqla münaqişənin sülh yolu ilə həlli üzrə məsələlər müzakirə olunub.

Yeni görüşün tarixi hələ təsdiqlənməyib. Ancaq xarici işlər nazirləri ardıcıl ünsiyyəti davam etdirməyə razılaşdılar”, Ermənistan XİN bəyan edib.

Xatırladaq ki, Mnatsakanyan və Məmmədyarovun əvvəlki görüşü 2018-ci ilin dekabr ayının əvvəlində Milanda keçirilib.

P.Sultanova

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net