Mübariz Əhmədoğlu: Paşinyan Ermənistanın ABŞ-la münasibətlərini yeni keyfiyyət mərhələsinə qaldırmaq niyyətini açıqladı | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Paşinyan Ermənistanın ABŞ-la münasibətlərini yeni keyfiyyət mərhələsinə qaldırmaq niyyətini açıqladı

10:07 - 10 / 06 / 2019
Mübariz Əhmədoğlu: Paşinyan Ermənistanın ABŞ-la münasibətlərini yeni keyfiyyət mərhələsinə qaldırmaq niyyətini açıqladı

ABŞ-Ermənistan münasibətlərində ciddi dinamika və keyfiyyət dəyişikliyi var. Dünya Bankının Vaşinqton ofisinin təmsilçisi Eva Melisin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistana səfəri, hətta Ermənistan ombudsmanı ilə görüşməsi ABŞ-ın Ermənistanla çox ciddi münasibətlər qurmasının göstəricisidir.

ABŞ dövlət katibinin yardımçısının müavini C.Kent regiona səfər turnesində Ermənistanda oldu. Onun Ermənistana səfəri Azərbaycan və Gürcüstan səfərlərindən müəyyən qədər fərqləndi. O, Ermənistanla ABŞ arasında iqtisadi əməkdaşlığa əsas yaradan sənədlər imzalandı. Eləcə də ABŞ-ın Ermənistandakı ticarət palatası “Ermənistanın kiçik və orta sahibkarlığın inkişafı milli mərkəzi” ilə kiçik və orta sahibkarlığa yardım haqqında memorandum imzaladılar. Bunlar, görünür, bu vaxtadək nəzərdə tutulmayan məsələlərdir. C.Kent Ermənistanın ABŞ-a doğru qayıdacağına ümidlidir. Görünür Boltonun səfəri Ermənistan üzrə indi nəticə verməyə başlayıb. ABŞ-ın Ermənistandakı səfiri L.Treysi ölkəsinin Ermənistanın iqtisadi inkişafına dəstək verməyə hazır olduğunu bildirdi. O, 1992-ci ildən etibarən Ermənistana 2 milyard dollardan çox yardımın edildiyini bildirdi. Səfir Ermənistanın İranla əlaqələrinin dayandırılmasını ABŞ-ın xahiş etmədiyini bildirdi. Səfirin fikrincə, Ermənistan tarixən Rusiya, dəyərlər sisteminə görə isə Qərblə bağlıdır. L.Treysi demokratiyanın Ermənistandakı vəziyyətinə də çox yüksək qiymət verdi: “Demokratiya Ermənistanda heç vaxt indiki qədər güclü olmayıb”.

ABŞ Dövlət Katibinin yardımçısının müavini C.Kent Ermənistanın ABŞ-dan silah alınması məsələsində irəliləyişin olmadığını bildirdi. Bunu Müdafiə naziri D.Tonoyan da təsdiq etdi. Hələki N.Paşinyanın ABŞ-a səfəri, D.Trampla görüşü barədə heç bir məsələlərin razılaşdırılmadığını bildirdi. C.Kentin iştirakı ilə Ermənistanla ABŞ-ın arasında iqtisadi inkişafı stimullaşdırmaqdan ötrü 16 milyon dollarlıq müqavilə imzalandı. C.Kent və Ermənistanın xarici işlər nazirinin müavini Qriqor Ovannesyan Ermənistan-ABŞ strateji dialoqunun iclasını keçirdilər. N.Paşinyan C.Kenti qəbul edərkən Ermənistanın ABŞ-la münasibətlərini yeni keyfiyyət mərhələsinə qaldırmaq niyyətini açıqladı.

Kaliforniya ştatının senatı Ermənistanla ticarət əlaqələrinin bərpası haqqında qanun layihəsini qəbul etdi. Kaliforniya ən qatı ermənipərəst ştatdır. Bu ştatın Ermənistanla ticarət əlaqələrini nə vaxt dayandırması barədə məlumat yayılmayıb.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Vaşinqton ofisinin rəhbərinin müavini Aleksey Sokolovskinin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanda oldu. Onlar Baş nazirin müavini M.Qriqoryanla görüşüb, Beynəlxalq İnkişaf Agentliyi ilə Ermənistan arasında əməkdaşlığı dərinləşdirmək niyyətində olduqlarını bildirdilər: ABŞ hökuməti Ermənistan hökuməti ilə əməkdaşlığa sadiqdir və Ermənistanın demokratik və iqtisadi islahatlarına dəstək verməyə hazırdır.

 “Atlantic Council”un tədqiqatına görə, sosial şəbəkələrdə Ermənistana, xüsusilə N.Paşinyana qarşı mübarizə aparan qrupların izi Rusiyaya gedib çıxır. Əslində, bu, ABŞ-ın Paşinyan hökumətinə siyasi dəstək verməklə bağlı siyasi iradəsinin göstəricisidir.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq 

Paylaş:
457

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər