Nazir müavini: Virusa yoluxanlar əsasən 29-50 yaş arası olan insanlardır | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir müavini: Virusa yoluxanlar əsasən 29-50 yaş arası olan insanlardır

22:48 - 23 / 03 / 2020
Nazir müavini: Virusa yoluxanlar əsasən 29-50 yaş arası olan insanlardır

Koronavirus artıq dünyanın 187 ölkəsində aşkar olunub, təxminən 300 min əhali virusa yoluxub, 13 mindən çox adam vəfat edib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib. O bildirib ki, fevral və mart ayında əsasən bu virus ölkəyə idxal olunurdu, yəni vətəndaşlar bu virusa xarici ölkələrdə yoluxub qayıdırdı: "İndi isə artıq ölkə daxilində də virusa yayılma baş verir. Ona görə daha ciddi tədbirlərin görülməsi tələb olunur. Heç bir ölkənin səhiyyə sistemi bu virusa tam hazır deyildi. Hətta bəzi ölkələrdı yalnız ağır vəziyyətdə olanlar müalicə olunurdu. Virusa yoluxan təxminən 15-20 faiz xəstə oksigen terapiyası, 5 faizində isə  ağciyərlərin süni ventilyasiyana ehtiyac olur. Ölkəmizdə virusa qarşı dərman preparatları, əlavə qoruyucu vasitələr alınır. Virusdan qorunmaq üçün ilk növbədə şəxsi gigiyenaya önəm vermək lazımdır. Əllər tez-tez yuyulmalı və spirt tərkibli məhlullar vurulmalıdır. Eyni zamanda vətəndaşlar sosial izolyasiya tədbirlərinə diqqət göstərilməlidir".

Səhiyyə naziri yaşı 65-dən çox olan vətəndaşların evdən çıxmasına qadağa qoyulması məsələsinə də aydınlıq gətirib. O bildirib ki, bu qərar yaşı 65-dən yuxarı olan tibb işçilərinə aid deyil:

"Yaşı 65-dın yuxarı olan tibb işçiləri  öz vəzifə borcunu yerinə yetirəcək. Bu qərar tək olan vətəndaşlar üçün nəzərdə tutulub".

Nazir müavininin sözlərinə görə, Azərbaycan hazırda karantində olanların sayı təxminən 1000 nəfərdir. Virusa yoluxanlar əsasən 29-50 yaş arası olan insanlardır. Virusa yoluxanlardan təxminən 30-u xaricdə virusa yoluxub gələnlərdir, digərləri ölkə daxili yoluxmaya tutulanlardır.

1news.az

Paylaş:
503

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər