1news.az

Nazirlik Henrix Mxitaryana təhlükəsizlik təminatı verilməməsinə dair iddiaları təkzib edib

12 May saat 17:37 ~ 1 dəqiqəlik oxu 622
Nazirlik Henrix Mxitaryana təhlükəsizlik təminatı verilməməsinə dair iddiaları təkzib edib

Gənclər və İdman Nazirliyi İngiltərənin “Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakına Azərbaycanın təhlükəsizlik təminatı vermədiyinə dair iddiaları təkzib edib.

Nazirliyin mətbuat katibi Səmayə Məmmədova 1news.az-a bildirib ki, deyilənlər heç bir reallığı əks etdirmir.

Nazirlik rəsmisi deyib ki, əvvəlki illərdə ölkəmizdə keçirilmiş ilk Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi, bu dəfə də dövlətimiz iştirakçı ölkələrə təhlükəsizlik təminatı ilə bağlı məktub göndərib.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmada “Arsenal”ın rəqibi “Çelsi” olacaq.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Futbol BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net