1news.az

Nə üçün uşaq futbolunu unutmuşuq və ya Azərbaycan klubları kimləri yetişdirib?

28 Fevral saat 15:17 ~ 9 dəqiqəlik oxu 328
Nə üçün uşaq futbolunu unutmuşuq və ya Azərbaycan klubları kimləri yetişdirib?

Azərbaycan yığmasının Millətlər Liqasında ikinci yerə sahib olması, həmçinin Avropa Kubokunda “Qarabağ”ın heç də uğusuz olmayan çıxışı futbolumuzun hələ də çox şeyə sahib olduğunu göstərdi.

Klubların deqradasiyasının əsas səbəbi kimi zəif çempionat və kifayət qədər gənc futbolçuların yetişdirilməməsi göstərilir. Burada bəzən klublardan daha çox AFFA-nı ittiham edirik. 

Kamran Ağayev uzun illərdir yığmanın əsas qapıçısıdır, lakin onu əvəz edəcək heç kəs yoxdur.

Rəşad Sadıxovun 36 yaşı var. O, bir ildir ki, yığmada kareyasını bitirib, onu yerinə mərkəzi müdafiəçi kimi sol müdafiəçi Maksim Medvedev oynayır. Uzun illərdir ki, ölkədə əməlli-başlı stopper yetişməyib. Yaxşı ki, Bədəvi Hüseynov var...

Yığmamızın hücum potensialını yerli və ya əcnəbi futbolçuları cəlb etməsilə artırırıq.

Riçard Almeyda, Dmitri Nazarov, həmçinin Rusiyadakı azərbaycanlı Ramil Şeydayev və Emin Mahmudov, “alman” qardaşlar Rüfət və Renat Dadaşovlar son illər milli yığmamızın əsas hərəkətverici simaları olub.

Bəs azərbaycanlı gənclər necə?

Azərbaycan futbolunun yetirmələri hardadır? Bunun bariz nümunəsi, hələ öz gücünü tam göstərə bilməyən Mahir Mədətovdur.

 “Bakı”nın yetirməsi, Qurban Qurbanov tərəfindən güzəştlər hesabına “Qarabağ”ın heyətinə qədər yüksəlib. Lakin görünür ki, Mahir heç vaxt Vəli Qasımov və Nazim Süleymanov səviyyəsinə yüksəlməyəcək.

Daha bir nümunə kimi Araz Abdullayevi də göstərmək olar. O, İngiltərənin “Everton” klubunda oynadıqdan sonra hazırda “Qarabağ”da öz karyerasını dirçəltməyə çalışır. Hazırda Arazın 27 yaşı var, və indi onun üçün Britaniya Çempionluğuna da görünmür.

Mahir və ya Arazı tənqid etmək fikrində deyiləm. Lakin onlar ikisi Azərbaycan yığmasının əsas futbolçularıdır – son illərdə Azərbaycan futbolunun yetirmələridir. Bəs yaxşı başqaları haqda nə söyləyək?

Dünyanın ən geniş yayılmış idmanının inkişafı uşaq futbolundan başlayır.

Bu sadə həqiqətdir. Bunu uzun illərdir Azərbaycanın futbol ictimaiyəti də təsdiqləyir. Bəs uşaq futbolunda real vəziyyət necədir?

AFFA-nın lisenziya qaydalarına əsasən, premyer-liqada iştirak hüququ qazanmış klubların akademiyası olmalıdır, həmçinin doqquz kateqoriya üzrə uşaq-yeniyetmə komandaları U-10-dan başlayaraq, U-19-a kimi (U-18 istisna olmaqla).

Söhbət AFFA tərəfindən məcburi qaydayda irəli sürülmüş tələblərdən gedir. Hələ hər bir klubunun gələcəyi düşünərək yeni futbolçular yetişdirməsini demirik. 

Klublarımız həqiqətən nə işlə məşğuldur?

İlk olaraq ölkədə özünü haqlı olaraq akademiya adlandıran yeganə klubdan başlayaq.

“Qəbələ” xərclədiyi yüksək vəsaitlərə baxmayaraq, son illər heç bir titul qazana bilməyib. Lakin klub regionda yaratdığı idman infrastrukturu və akademiyaya görə tərifə və hörmətə layiqdir.

Digər klublar arasında bir az “Neftçi” və “İnter”in bazasında (“Keşlə”dən danışmaq hələ tezdir) seçilir. Lakin hər iki klubun Qəbələ akademiyasına yaxın nə infrastrukturu, nə də şəraiti var. “Neftçi”nin uşaq komandaları paytaxtın bütün stadionlarına səpələnib. Düzdü klub indi bazasını tikir.

“Topaz Premyer Liqası”nda builki mövsümdə çıxış edəcək səkkiz kluba baxaq.

Səkkiz klubun rəsmi ərizəsində “Topaz Premyer Liqası”nda 198 futbolçu oynayacaq. Klublar eyni futbolçunun iki dəfə oynayacağını da qeyd etmək hüququna sahibdirlər. Beləliklə 198 futbolçunun üzərinə 12 oyun da əlavə edəcəyik.

210 futbolçudan 59-u legionerdir. “Keşlə”nin yarımmüdafiəçisi Samir Məmmədov rəsmi ərizəsində Rusiya vətəndaşı olduğunu qeyd edib.

11 milliləşdirilmiş legionerlər – Murad Popov ("Qəbələ"), Bədəvi Hüseynov və Şahruddin Məhəmmədəliyev ("Qarabağ"), Anton Krivotcuk və Məhəmməd Mirzəbəyov ("Neftçi"), Perdis Azad ("Zira"), Arif Daşdəmirov, Aleksey İsaev və Gənzav Məhəmmədov (hər üçü "Sumqayıt"), Ruslan Qurbanov və Murtuz Abakarov (hər ikisi "Səbail").

Həmçinin 10 futbolçu Azərbaycan futbol yetirmələri deyil. Bunlar: İlqar Qurbanov (Qəbələ) – “Fənərbaxça”nın məzunu; “Neftçi”nin iki futbolçusu - Rəşad Eyyubov (“Odessa” futbolunun yetirməsi) və Emin Mahmudov (“Master Saturn” məktəbinin yetirməsi).

Həmçinin siyahıda üç "Keşlə" futbolçusu - Ruslan Nasirli (Pyatiqorsk futbol məktəbini yetirməsi), Samir Məsimov ("Lokomotiv"), Vaqif Cavadov (MOİK). Sonra "Sumqayıt"ın dörd oyunçusu - Orxan Əliyev (Stavropol məktəbi), Əli Babayev (İsrail), Murad Xaçaev ("Şaxtaçı") və Mehdi Cənnətov ("Anji").

Beləliklə, premyer-liqanın səkkiz klubunda 130 Azərbycan futbolunun yetirməsi oynayacaq.

Onların bəziləri bir sıra uşaq komandalarında çıxış ediblər.

Nümunə üçün, Urfan Abbasov, İbrahim Aslanlı və Turan Manafov həm  “Qarabağ”ın, həm də “Qəbələ”nin yetirməsi hesab edilə bilər. Həmçnin Amil Yunanov da Tovuzda başlamasına baxmayaraq, “Qəbələ”nin uşaq komandasında çıxış edib. Bu cür futbolçular çoxdur, ona görə də onları hər iki klubun siyahısına salmışıq.

Hazırki mövsümdə klublarda  “Qəbələ”nin 26 yetirməsi oynayır. Bir neçə il sonra bu rəqəm arta bilər.

“Neftçi” ikinci yerdədir. Hazırda premyer liqanın klublarında 24 futbolçu çıxış edir.

Üçüncü yerədə “Keşlə” gəlir.

Dördüncü yerdə isə fəaliyyətini iki əvvəl bitirmiş, Azərbaycan futboluna bir çox yaxşı oyunçular bəxş etmiş “Bakı” gəlir.

Uşaq-yeniyetmə futbolunun inkişafı baxımından “Qarabağ”a uğurlar diləmək lazımdır.

Beləliklə, futbolumuzun yetirmələrinin tam siyahısını təqdim edirik:

“Qəbələ” – 26 yetirmə

Əmrah Zülfüqarlı, Amin Seydiyev, Faiq Hacıyev, Bəhlül Mustafazadə, Urfan Abbasov, Əli Sadıxov, Abbas Ağazadə, Roman Hüseynov, Elvin Camalov, Qismət Alıyev, Samir Qurbanov (11 nəfər "Qəbələ”dən), Hacıağa Hacılı və Rövlan Muradov (hər ikisi "Qarabağ"), İbrahim Aslanlı, Sadiq Quliyev, Murad Musayev, Kamal Mirzəyev, Tellur Mütəllimov (hamısı "Zirə"), Murad Qayalı, Amil Yunanov (hər ikisi "Keşlə"), Süleyman Süleymanov, Yusif Nəbiyev, Ehtiram Şaxverdiyev, Ülvi İskəndərov, Turan Manafov (hamısı "Sumqayıt"), Tarzin Cahangirov ("Sabah").

“Neftçi” – 24

Rəşad Əzizli, Kamran İbrahimov, Elvin Sərkərov, Ömər Buludov, Ruslan Abışov, Mirabdulla Abbasov, Vüsal Əsgərov, Əli Şirinov, Nail Alışov (9 nəfər “Neftçi”), Rahil Məmmədov, Araz Abdullayev (hər ikisi “Qarabağ”), Nicat Qurbanov (“Sumqayıt”), Emil Balayev, Eltun Yaqublu, Kamal Qurbanov, Aqşin Qurbanlı, Ağabala Ramazanov, Fəhmin Muradbəyli, Orxan Qurbanlı (hamısı "Səba"),  Ülvi İbadzadə, Kərim Diniyev, Məqsəd İsayev, Cavid İmamverdiyev, Emil Qasımov (hamısı "Sabah ").

“İnter” – 18

Şahin Zəkiyev, Sertan Taşkın, Azər Salaxlı, Tərlan Quliyev, Fuad Bayramov, Emin Quliyev (6 nəfər "Keşlə”dən), Abbas Hüseynov, Coşqun Diniyev (hər ikisi "Qarabağ"), Salahat Ağayev ("Neftçi"), Adil Nağıyev, Aqşin Quluzadə, Mirsahib Abbasov (hamısı "İnter"), Şəhriyar Rəhimov ("İnter"), Ülvi İbadzadə, Novruz Məmmədov, Elçin Əsədov, Əlibəy Məmmədli, Elşən Abdullayev (hamısı "Sabah").

“Bakı” – 16

Aqil Məmmədov ("Qəbələ"), Mahir Mədətov ("Qarabağ"), Rəhman Hacıyev, Namik Ələsgərov ("Neftçi"), Taptıq Əhmədov, Muşfiq İlyasov, Vüqar Mustafayev, Əmrah Bayramov (hamısı "Zirə"), Seymur Əsədov ("Keşlə"), Şəhriyar Əliyev, Rail Məlikov ("Sumqayıt"), Elxan Əhmədov ("Sabail"), Bəxtiyar Soltanov, Vadim Abdullayev, Tural Qurbatov, Şakir Seyidov  (hamısı "Sabah").

"Qarabağ" - 10

Maksim Medvedev, Qara Qarayev (hər ikisi "Qarabağ"), Urfan Abbasov, Təmkin Xəlilzadə, Rauf Əliyev (hər ikisi "Qəbələ"), Turan Manafov, Əfran İsmayılov (hər ikisi "Qarabağ"), Eltun Turabov ("Sabah"), Elçin Rahimli ("Sabail"), İbrahim Aslanlı ("Zirə").

"Rəvan" – 8

İlkin Muradov, Vüsal İskəndərli (hər ikisi "Zirə"), Cabir Əmirli, Məmməd Quliyev (hər ikisi "Keşlə"), Aydın Bayramov, Tərlan Əhmədli, Elgün Nəbiyev (hamısı "Sabah"), Urfan İsmayılov (Sabail).

Sumqayıt məktəbi – 8

Bəxtiyar Həsənlizadə, Süleyman Əhmədov, Tural Bayramlı, Xəyal Nəcəfov, Rüfət Abdullazadə ("Sumqayıt"), Fərhad Vəliyev, Vüqar Bəybalayev ("Sabail"), Tarzin Cahangirov ("Sabah").

Tovuz məktəbi – 6

Vurğun Hüseynov, Cavid Tağıyev, Elvin Məmmədov (hamısı "Sumqayıt"), Budaq Nəsirov ("Zirə"), Amil Yunanov, Cavid Hüseynov ("Qəbələ").

Digər futbolçular arasında Zaqatala məktəbinin üç yetirməsi – Rasim Ramaldanov (“Qəbələ”), İlkin Qırtımov və Abdulla Seyidəhmədov (hər ikisi “Zirə”); “Neftqaz” məktəbinin iki yetirməsi – Tural Axundov (“Neftçi”) və Kamal Bayramov (“Zirə”); “Şahdağ”ın iki oyunçusu – Slavik Alxasov (“Keşlə”) və Rahid Əmirquliyev (“Səbail”).

Və müxtəlif klubların 10 yetirməsi var:

İsmayıl İbrahimli ("Qarabağ") – AZAL-ın yetirməsi

Asif Məmmədov ("Qəbələ") – uşaq vaxtlarında Ağdaş və İmişlidə oynayıb

Rəşad Sadıxov ("Qarabağ") –Vaqif Paşayevin yetirməsidir, Bakıda müxtəlif komandalarda oynayıb

Ricat Qarayev ("Neftçi") – "Əlincə"

Davud Kərimi ("Keşlə") – Göyçay futbol məktəbi

Kamran Ağayev ("Keşlə") – uşaq yaşlarında Şabranda futbolla məşğul olub

Ruslan Əmircanov ("Keşlə") – Bakıda Uşaq-Yeniyetmə İdman Məktəbi

Elnur Cəfərov ("Keşlə") – "Xəzər-Lənkəran"

Elvin Yunuszadə ("Sabah") – Qazax futbol məktəbi

Zahid Mərdanov ("Sabah") – "Kəpəz"

Bu günlük əlimdə olanlar budur. “Rəvan” klubu kimi, “Bakı” akademiyası artıq yoxdur, Tovuz futbolu dərin böhrandadır, “Keşlə” ilə iş nə dərəcədə effektiv olacaq bilinmir.

Bu kontekstdə beynəlxalq arenada Azərbaycan futbolunun yetirmələrinin yalnız Türkiyənin həvəskar liqasına tələbat olduğunu xatırlamağa dəyirmi? Təsəlli vermək olar ki, azərbaycanlı futbolçular xaricdə yaşaya bilmir. Bunun əsas səbəbi isə - ustalığın olmamasıdır.

Azərbaycan futbolunun yetirməsi Amit Quluzadə xaricdə özünü çox yaxşı hiss edir və uyğunlaşma baxımından heç bir problemi olmur. Onun 26 yaşı var, bir zamanlar çox yaxşı yarımmüdafiəçi hesab olunub. Karyerası ərzində o, Türkiyə, Portuqaliya, Yunanıstan, hətta tanınmamış Kosovoda oynaya bilib.

Digər oyunçular isə yüksək tələblərin olmadığı, yaxşı əməkhaqqının olduğu Azərbaycanın premyer-liqası kimi komfortlu bataqlığa can atır. Azərbaycan klubları bu cür futbolçular yetişdirir!

Teymur Maksudov

Foto: Klubların rəsmi saytı və Azərbaycan KİV-i

P.S  Azərbaycanın uşaq futbolu ilə bağlı danışaraq, ölkənin aparıcı akademiyalarının işini analiz edirik.

P.S. Ərizələr mövsümün birinci yarısına qədər olan müddəti əhatə edir. Burada hələ bağlanmayan qış transfer pəncərəsinə keçidlər nəzərə alınmayıb.

Tərcümə: S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Azərbaycan futbolu BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net