Oxumağa dəyər 5 kitab: Çingiz Abdullayev məsləhət görür – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Oxumağa dəyər 5 kitab: Çingiz Abdullayev məsləhət görür – FOTO

14:42 - 01 / 04 / 2019
Oxumağa dəyər 5 kitab: Çingiz Abdullayev məsləhət görür – FOTO

“Oxunmamış kitablar intiqam ala bilər” – dahi Rey Bredberi belə deyib.

Məşhur yazıçı tamamilə haqlıdır. Oxucularımızın bu cür qisasın qurbanı olmaması üçün 1news.az Audiokitab-ın dəstəyilə #Top5books adlı yeni layihəyə başlayır. Layihənin məqsədi kitab oxumaq marağının artırılmasıdır.

Rubrikada ölkəmizin məşhur simaları onlara daha çox təsir edən və oxuculara tövsiyə  edəcəkləri 5 kitabı bizlərlə bölüşəcək. Sözsüz ki, beş kitabı seçmək asan deyil – lakin məqalənin formatı məhduddur. Rubrika hər həftə dərc olunacaq. Oxucularımız tövsiyə olunan kitablardan maraqlı hesab etdiklərini özləri üçün seçə bilər.  

İlk həmsöhbətimiz Xalq yazıçısı Çingiz Abdullayev oldu:

Hesab edirəm ki, bu cür rubrikanın yaradılması – çox vacib və faydalı təşəbbüsdür.

Beləliklə, tövsiyə  edəcəyim ilk kitab Erix Mariya Remarkın “Zəfər tağı” romanıdır.

Bu roman mənə çox güclü təsir bağışladı. Burada sətraltı mənada tənhalıq vurğulanır. Həmin vaxtlar, 17 yaşım olanda bu, mənə çox yaxın idi. Ola bilsin ki, həmin vaxtlar həmyaşıdlarım küçədə vaxt keçirən zaman mən evdə oturub kitab oxuduğumdan irəli gəlir.

Beləliklə, “Zəfər tağı” – bir ömürlük sevgidir. Romanda bir fikir var ki, məni məftun etdi:

“Bir insan digərinə bir damcı doğmalıqdan, hərarətdən başqa heç nə verə bilməz”. Ola bilsin həmin zamanlar aşiq olduğum üçün bu sözləri həssas qəbul etdim. Lakin roman həqiqətən də ürəyimə həkk oldu.

Kitabı onlayn formada buradan oxumaq olar.

İkinci kitab – Ernest Heminqueyin “Olmaq ya olmamaq” əsəridir.

Hesab edirəm ki, Heminquey – dahi yazıçı olmaqla yanaşı, istər yazdığı əsərlərdə, istərsə də döyüş meydanında əsl kişi kimi cəsarətini göstərə bilib. Bu kitabı mütləq oxumağı məsləhət görürəm. Bunun əsas səbəblərindən biri romanın əsl məhəbbətin dərin və incəliklə təsvir edilməsidir. Burada bir epizod var: əsərin qəhrəmanı həyat yoldaşını gözləyir, qadın isə görüşdən əvvəl saçlarını boyadığı üçün həyəcanlanır. Bilir ki, əri ondan icazəsiz saçlarını boyadığı üçün əsəbləşə bilər. Beləliklə, onlar görüşürlər... Onlar bir-birlərinə baxırlar, sonra əri deyir: “Gedək”. Və onu əlindən tutur. Vəssəlam! Onlar sadəcə olaraq gedirlər. Bu qısa “Gedək” kəlməsində yüzlərlə sözü əvəz edən emosiyalar, əsl hisslər daha çox vurğulanır. Heminquey yazdığı kitablarla deyil, həmçinin sətirlər arasında vurğuladığı sözlərdə də dahidir. O, haqlıdır: sevgidən, ehtirasdan, hisslərdən çox danışmaq lazım deyil, hər şeyi bir sözlə ifadə etmək olar.

Kitabı onlayn formada buradan oxumaq olar.

Üçüncü kitab – “Kitabi Dədə-Qorqud” eposudur.

Hesab edirəm ki, yaşından asılı olamayaraq hər bir azərbaycanlı bu kitabı oxumalıdır. Burada ölkəmizin hər bir vətəndaşı üçün bilməsi vacib olanlardan bəhs olunur: köklərimizdən, tariximizdən danışılır. Bu gün bizim kim olduğumuz, haradan gəldimiyizi, hansı torpaqda yaşadığımızı, burada qədim zamanlarda baş verənləri anlamaq üçün bu dastanı oxumaq lazımdır.

Dördüncü kitab – Rey Bredberinin “Mars xronikaları” əsərdir.

Bredberi – uşaqlıqdan bəri sevgimdir.

Uzun illər öncə San-Fransiskoda dahi yazıçı ilə görüşüm zamanı onunla şəkil çəkdirməyə cəsarət etmədiyim üçün həyatım boyu çox heyfislənmişəm. Məhz buna görə də bu gün heç kəslə birgə şəkil çəkdirməkdən imtina etmirəm... Bəli, onunla görüşdük və uzun müddət yazışdıq. Lakin indiyə qədər onunla şəkil çəkdirməyə cəsarət verməyən utancaqlığıma görə özümü danlayıram.

Onun bütün kitablarını sevirəm. Lakin məqalənin formatı yalnız bir kitabla məhdudlaşdığı üçün məhz “Mars xronikası”nı seçirəm. Hesab edirəm ki, bu kitab bir çox suallara cavab verə bilər. Həmçinin təxəyyülün və yumor hissinin inkişafına təkan verə bilər. Ən başlıcası – bir çoxlarına özünü tapmaqda və anlamaqda kömək ola bilər.

Kitabı onlayn buradan oxumaq olar.

Beşinci – Fyodor Dostoyevski “Karamazov qardaşları”.

Dostoyevski ümumiyyətlə dahidir. Hər əsərində özündən izahedilməyən bir şeylər ortaya çıxarıb... Lakin “Karamazov qardaşları”  insanlara vicdanlı münasibətlə bütün bəşəriyyətin onlara imtinası ziddiyyət təşkil edir. Yüksəklik və eyni zamanda uçurum və beləcə oxucu mahiyyəti anlamağa imkan tapmır. Kitabda belə bir səhnə var ki, oğlan atasının necə incidildiyinin şahidi olur və bu hissəni oxumaq çox çətindir.

Kitabı buradan oxumaq olar.

Hər zaman Dostoyevskinin Qiyamət günü ilə bağlı sözlərini xatırlayıram. Ondan soruşurlar: əgər Allah tərəzinin bir gözünə bəşəriyyətin bütün günahlarını: qətl, zorakılıq, oğurluq, qarət, müharibə, yalan qoyarsa, tərəzini tarazlamaq üçün digər gözündə nələr olmalıdır? Dostoyevski bu suala dahicəsinə cavab verir:

“Tərəzinin digər gözünə “Don Kixot” kitabını qoymaq lazımdır. Əgər insan bu kitabı ərsəyə gətirə bilibsə, demək bəşəriyyətin minillik bütün günahları ona bağışlanılıb”. Onun kitablara qarşı münasibəti bu cür olub.

Və sonda uşaqlara oxumaq üçün beş kitab məsləhət görürəm. Bu “Robinzon Kruzo” D.Defo, “Qulliverin macəraları” D.Svifta, “Xəzinələr adası” R.Stivenson, “Sirli ada” Jül Vern və əlbəttə, A.Dyumanın “Üç muşketyor” əsəridir.

Kitab oxuyun. Bu, dərrakəli insanın özünə bəxş etdiyi möhtəşəm həzzdir.

Tərcümə: S.Xankişiyeva

 

 

 

Paylaş:
9123

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər