Paşinyan təşvişdə: Rusiya səfiri XİN-ə çağırıldı | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan təşvişdə: Rusiya səfiri XİN-ə çağırıldı

10:52 - 18 / 06 / 2019
Paşinyan təşvişdə: Rusiya səfiri XİN-ə çağırıldı

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın sabiq prezidenti Robert Koçaryanla görüşdən sonra bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr komissiya sədri Ruben Rubunyan bildirib.

“Bu gün Rusiya səfiri ilə Koçaryanın görüşünün də müzakirə edildiyi xarici əlaqələr komissiyasının iclasından sonra mən xarici işlər naziri Zöhrab Mnatsakanyanla danışdım. Nazir mənə səfirin XİN-ə çağırıldığını və onunla Ermənistanın daxili işlərinə müdaxilə kontekstində söhbət aparıldığını deyib”, Rubinyan vurğulayıb.

Ermənistan XİN-in mətbuat katibi səfirin Xarici İşlər Nazirliyinə çağırıldığını təsdiqləyib.

Xatırladaq ki, iyunun 13-də Rusiyanın Kopırkin ikinci prezident Robert Koçaryanla görüşüb. Görüş Koçaryanın ofisində bir saatdan çox təklikdə davam edib.

Bundan sonra səfirlik açıqlama verərək, Kopırkinin Koçaryanla ictimai, siyasi və işgüzar dairələrin nümayəndələri ilə müntəzəm görüşlərin bir hissəsi kimi bir araya gəldiyini deyib.

Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan jurnalistlərə Rusiya səfirinin Robert Koçaryanla görüşünü alqışlmadığını deyib:

"Mən bu görüşü alqışlamıram. Hər hansı bir ölkənin səfiri siyasi sahənin bütün spektrinin nümayəndələri ilə görüşə bilər, burada isə başqa bir məqam var - bu insana qarşı irəli sürülən ittihamlar onu təmiz siyasi sahədən kənarlaşdırır. Burada söhbət bir çox başqa xüsusiyyətlərdən, maraqlardan gedir, buna görə də qəbul etmirəm. Yəni, mən Robert Koçaryanı siyasi xadim, siyasi sahəni təmsil edən biri kimi görmürəm, əks halda, Rusiya səfiri və yaxud digər səfirlə ünsiyyəti alqışlayardım”.

P.Sultanova

 

 

 

Paylaş:
605

Son xəbərlər

İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27
Bütün xəbərlər