Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
Ermənistan ordusunun hərbçisi Azərbaycanla sərhəd Tavuş vilayətində minaya düşüb.
1news.az-ın APA-ya istinadən məlumatına görə, Ermənistan mediası xəbər verir ki, hadisə gecə olub.
Yaralı hərbçi İcevan xəstəxanasına çatdırılıb.
Onun hər iki ayağının amputasiya edildiyi bildirilir. Hərbçinin əməliyyatdan sonra “Muratsan” mərkəzi klinik hospitala yerləşdirildiyi bildirilir.
2279