Ermənistan Baş Qərargah rəisinin keçmiş müavininə qarşı yeni cinayət işi açılıb
Ermənistan Baş Prokurorluğu Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Aykaz Baqmanyana qarşı yeni iş açıb.
Bu barədə 1news.az Ermənistan KİV-ə istinadən xəbər verir.
O, 251 milyon dram (600 min ABŞ dolları) məbləğində çirkli pulların yuyulmasında ittiham olunur. Ötən ilin əvvəlindən o, əmlakını və külli miqdarda gəlirlərini gizlətməkdə, habelə qanunsuz yollarla varlanmaqda ittiham olunurdu.
Xatırladaq ki, Baqmanyan eyni zamanda 2018-ci ilin martından 2020-ci ilin dekabrına kimi KTMT-nin birgə qərargahının rəis müavini olub.
3175