Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumu açıqlanıb
Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alanların son durumunu açıqlayıb.
Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.
“1 saylı Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədovun vəziyyəti isə orta ağırlıqdadır”- deyə nazirlikdən bildirilib.
Report.az
S.Xankişiyeva
925