Teledərslər 12 iyunda başa çatacaq? - Cəsarət Valehovdan açıqlama
Teledərslər "Abituriyentlər üçün dərs vaxtı" formatında təqdim olunacaq.
1news.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib
"Teledərslər iyunun 12-də başa çatacaqmı? Yox. Biz 16 iyundan 17 iyuladək yeni formatda yenə də efirdəyik. Əziz abituriyentlər, "Dərs vaxtı" sizin təhsilinizi davam etdirmək arzunuzu alqışlayır və bu işdə sizə kömək etməyə hazır olduğunu bildirir. Ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların "şifrələri", kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. - bütün bunlar sizin imtahana daha yaxşı hazırlaşmağınıza imkan verəcək" - deyə, Cəsarət Valehov fikirlərinə əlavə edib.
Qafar Ağayev
686