1news.az

Xocavəndin tarixində bir ilk: rayon sakini Harvard Universitetinə daxil olub

13 Dekabr saat 12:00 ~ 1 dəqiqəlik oxu 299
Xocavəndin tarixində bir ilk: rayon sakini Harvard Universitetinə daxil olub

Nigar Mövsümlü Xocavənd rayonunun tarixində bir ilkə imza ataraq ABŞ-ın Harvard Universitetinə magistr dərəcəsinə daxil olub.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Xocavənd rayon İcra Hakimiyyətinin Facebook səhifəsində qeyd edilib.

Mövsümlü Nigar 10 avqust 1993-ü ildə anadan olmuşdur. İlk ali təhsilini Qafqaz Universitetində Biznesin idarə edilməsi ixtisas üzrə alan Nigar təhsilini Türkiyənin Hacəttəpə Universitetində davam etdirmişdir. 2014-2017-ci illərdə Deloitte Audit ve Konsaltinq şirkətində Auditor/Konsultant, 2017-ci ildən hal-hazıra kimi Unilever istehsalatçı firmasında Azərbaycan və Gürcüstan ölkələri üzrə ölkə müdir müavini vəzifəsində çalışır. Nigar Mövsümli həm də Dağlıq Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvüdür.

1news.az informasiya agentliyi Nigar xanımı təbrik edərək uğurlar diləyir.

S.Xankişiyeva

 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net