“Yumşaldılma son iki həftənin nəticəsindən asılıdır” - Baş infeksionistlə MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

“Yumşaldılma son iki həftənin nəticəsindən asılıdır” - Baş infeksionistlə MÜSAHİBƏ

15:38 - 22 / 07 / 2020
“Yumşaldılma son iki həftənin nəticəsindən asılıdır” - Baş infeksionistlə MÜSAHİBƏ

Ölkədə artıq bir neçə gündür koronavirusa yoluxanların sayının kəskin aşağı düşməsi Azərbaycanda COVİD 19-la bağlı durumun artıq sona çatmaq üzrə olduğunu və epidemik prosesin sönməyə doğru getdiyi ilə bağlı fikirlərin artmağına gətirib çıxarıb.

Ölkədəki son epidemioloji vəziyyətlə bağı baş infeksionist Cəlal İsayevin Milli.Az-a müsahibəsini təqdim edirik:

- Azərbaycanda koronavirusa yoluxanların sayının 400-ün altına düşməsinin səbəbini nə ilə əlaqələndirərdiniz?

- Ölkədə koronavirusa yoluxanların sayının 400-ün altına düşməsini həm vətəndaşların məsuliyyəti, həm də dövlətin qəbul etdiyi qərarların effektivliyi ilə əlaqələndirərdim. Heç birini bir-birindən ayrımaq olmaz. Birinci növbədə, insanlarımızın məsuliyyəti artıb, insanlar artıq koronavirusun necə bir xəstəlik olduğu haqqda xeyli məlumatlandırılıb. Özləri də yaxınlarının, qohum-əqrabalarının arasında xəstələnmə hallarını, məşhur insanların, məşhur həkimlərimizin bu xəstəlikdən dünyalarını dəyişməsini görürlər və bunun nə qədər ciddi bir xəstəlik olduğunu başa düşüblər. Ona görə də tövsiyələrə əməl edən insanlarımız xeyli dərəcədə artıb, indi belə insanlar gözə daha çox çarpır. İkinci bir tərəfdən də dövlətin vaxtında, yerində karantin tədbirlərini yenidən sərtləşdirməyə məcbur olması da koronavirusun artmasının qarşısını alan tədbirlərdən hesablanır. 

- Vətəndaşların tətbiq edilən qaydalara riayət etməsi üçün sərtləşdirmə tədbirləri nə dərəcədə işə yarayır?

- Sərtləşdirmə tədbirləri olmasa, insanların 10%-nin bu karantin qaydalarını pozmaq ehtimalı qalır və bu da koronavirusun yayılmasının əsas faktorlarından hesab edilir. Ona görə də hər iki tədbirin bir-birini tamamlaması gərəkdir. Dövlət öz tövsiyələrini verirsə, amma insanlar buna əməl etmirsə, onun mübarizədə nə əhəmiyyəti olacaq?! Yaxud, insanların bir qismi bu tövsiyələrə əməl edəcək, bir qismi isə məsuliyyətdən kənar qalacaqsa, bu da öz əhəmiyyətini itirir. Ona görə də hər iki tədbirin böyük əhəmiyyəti var.

- Epidemioloji vəziyyəti yumşaldılma üçün əlverişli hesab etmək olar?

- Hesab edirəm ki, yaxın 2 həftə ərzində karantin tədbirlərinin bu cür davam etməsi və insanlarımızın bu qaydalara bu cür anlayışla yanaşması yoluxma hallarının daha da azalmasına səbəb olacaq və gələcək dövrlərdə müəyyən yumşaldılma tədbirlərinin həyata keçirilməsi haqqında o vaxt düşünmək olar. Epidemioloji vəziyyətin nəticəsini təhlil edib, sonra bu qərara gəlmək mümkün olar. Hesab edirəm ki, bu yaxın gələcəyin işi olacaq. Son iki həftənin nəticələrinə əsaslanıb bu qərara gəlmək mümkündür. 

- Azərbaycanda yoluxmaların sayında pik vəziyyət artıq qurtarıbmı?

- Bir söz deyim də, biz koronavirusla bağlı gələcək vəziyyəti proqnozlaşdırırıq. Amma proqnozlaşdırmaq bir qədər düzgün deyil. Yadınızdadırsa, biz güman edirdik ki, yayın düşməsi ilə virusa yoluxma halları aşağı düşəcək. Gördük ki, əksinə daha da artdı. Ona görə də biz öz tədbirlərimizi görməliyik, öz ehtiyatımızı tutmalıyıq və tövsiyələrə ciddi əməl etməliyik. Koronavirus necə inkişaf edəcəksə, onun qarşısını yalnız qaydalara əməl etməklə almaq olar. Yoxsa, biz deyək ki, yavaş-yavaş yoluxma sayı aşağı düşəcək... Onu da qeyd edək ki, bu xəstəliyin soyuqların başlaması ilə artması mümkündür. Bütün bunların hamısını nəzərə alaraq tədbirlərimizi əldən verməməliyik. Hər hansı bir proqnoza arxayın olmamalıyıq. Çünki COVİD-19 yeni bir xəstəlikdir. Bunu proqnozlaşdırmaq bir az çətindir.

Xatırladaq ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.

1news.az

Paylaş:
968

Sizin üçün xəbərlər

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər