Bütün avtobusların “Bakı kart” sistemi və kondisionerlərə keçməsi üçün vaxt uzadıldı - EKSKLÜZİV | 1news.az | Xəbərlər
Cəmiyyət

Bütün avtobusların “Bakı kart” sistemi və kondisionerlərə keçməsi üçün vaxt uzadıldı - EKSKLÜZİV

16:13 - 13 / 04 / 2017
Bütün avtobusların “Bakı kart” sistemi və kondisionerlərə keçməsi üçün vaxt uzadıldı - EKSKLÜZİV

Bakı Nəqliyyat Agentliyi daha öncə elan etmişdi ki, 2017-ci ilin 25 may tarixindən etibarən bütün marşrut xətlərindəki avtobuslarda “Bakı kart” sistemi və kondisionerlə olacaq.

1news.az xəbər verir ki, geridə qalan müddətdə sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlərlə keçirilən görüşlərə və aparılan tədbirlərə baxmayaraq, həmin şirkətlər avtobuslardakı çatışmazlıqları aradan qaldıra bilməyiblər.

Hələ də texniki standartlara cavab verməyən, müvafiq qeydiyyatı olmayan avtobuslar Bakı yollarında hərəkətdədir. Neçə-neçə sənədsiz sürücülər isə insanların həyatını təhlükəyə atmaqdadır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayıs Ağayev 1news.az-a bildirib ki, Bakıda fəaliyyət göstərən bütün avtobusların “Bakı kart” sisteminə keçidi və onlarda sərinlədici / qızdırıcıların təmin edilməsi onların texniki vəziyyəti ilə əlaqədardır:

“18 marşrut xəttindəki 450 avtobusda bu sistemlərə keçid olub. Amma bu ümumi saya nisbətdə çox az göstəricidir. Belə ki, Bakıda ümumilikdə 157 marşrut xətti üzrə 2081 avtobus fəaliyyətdədir. Bunlardan 1143-ü şəhərdaxili, 940-ı isə şəhərətrafı çalışır.

Biz istifadədə olan sərnişin avtobuslarının yenilənməsi və əsaslı təmiri ilə bağlı daşıyıcı şirkətlər qarşısında məsələ qaldırmışıq. Bakı Nəqliyyat Agentliyi də bacardığı qədər onlara kömək istəyir ki, bu məsələ həllini tapsın. Reallıq budur ki, sərnişin avtobuslarının 70-80 faizi dəyişdirilməlidir”.

M.Ağayevin sözlərinə görə, hazırda BNA tərəfindən avtobusların yenilənməsi prosesinə başlanılıb. Sonrakı mərhələdə isə utilizasiya nəzərdə tutulub:

“Bu planlar uğurlu şəkildə həyata keçiriləndən sonra Bakıda texniki standartlara cavab verməyən avtobuslar xətlərdən çıxarılacaq.

BNA-nın qanunvericilikdən irəli gələn tələblərinə əməl etməyən daşıyıcı şirkətlər barəsində tədbirlər görüləcək, hətta marşrut şəbəkəsindən kənarlaşdırılacaq. Marşrut xətti isə müsabiqəyə çıxarılaraq başqa daşıyıcı şirkətə verilir:

Agentlik rəsmisi sözlərinə əlavə edib ki, 2018-ci ilin birinci rübünə qədər “Bakı kart” və kondisionerli avtobuslara tam keçidin baş tutması gözlənilir:

“Onlara daha öncə 2017-ci ilin mayına qədər göstərilən standartlara keçmək tələbi qoyulmuşdu. Amma problemlər hələ də qalmaqdadır. Gecikmənin səbəbi daşıyıcı şirkətlərlə bağlıdır.

Bir məsələ də var ki, indi tələblərə cavab verməyən avtobusların hamısı xətdən çıxarılsa çox çətin vəziyyət yaranar, sərnişinlər çıxılmaz vəziyyətə düşərlər. Ona görə də şirkətlərə verilən vaxt uzadılıb və konkret addımlar atılması tələb edilib”.

Fərid Ədalət

Paylaş:
4308

Son xəbərlər

“Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda təlim keçirilib - FOTOBu gün, 22:11Tovuz şəhər stadionunun ot örtüyü yenilənir - FOTOBu gün, 18:02FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 17:56Meksikada avtobus qəzasında 14 nəfər ölüb, 20 nəfər yaralanıbBu gün, 17:43Azərbaycanda donor bankı yaradılıbBu gün, 17:18Doktorantura və dissertantura imtahanlarına dair yeni tələblər açıqlanıbBu gün, 17:05“CityNet”dən 20%-dək endirimBu gün, 17:00Peyvənd olunanların sayı açıqlanıb – FOTOBu gün, 16:44Mediasiya Şurasına indiyədək daxil olan müraciətlər və barış sazişlərinin sayı açıqlandıBu gün, 16:42Bu gün 10 nəfər koronavirusa yoluxub, ölən olmayıb – STATİSTİKABu gün, 16:37Bakıda polis maşını qadını vurub? - VİDEOBu gün, 16:26Xarici universitetlərə qəbul üzrə imtahan suallarını satan şəxslər həbs edildiBu gün, 16:20Qarabağda bərpası nəzərdə tutulan abidələrin siyahısı açıqlanıbBu gün, 16:13Məktəblilər üçün “Şuşa ili – Zəfərimizin tarixi” adlı interaktiv muzey həftəsinə start verilib - FOTOBu gün, 15:56Şuşada ilk yaşayış kompleksinin tikintisinə başlanılacaqBu gün, 15:40Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilməyəcəkBu gün, 15:31Prezident Administrasiyasında Milli Cəbhə Partiyasının sədri ilə görüş keçirilibBu gün, 14:57Şuşada beynəlxalq konfrans keçirilirBu gün, 14:29Azərbaycan–Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib - FOTOBu gün, 14:12Yeni qanunların qəbulu ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə daha da sərtləşdirilirBu gün, 13:59
Bütün xəbərlər

Next TV