"Amerika Türkü" jurnalı azərbaycanlı səfirə mükafat verdi – FOTO | 1news.az | Xəbərlər
Siyasət

"Amerika Türkü" jurnalı azərbaycanlı səfirə mükafat verdi – FOTO

09:25 - 18 / 11 / 2019
"Amerika Türkü" jurnalı azərbaycanlı səfirə mükafat verdi – FOTO

15 noyabr tarixində Vaşinqton şəhərində yerləşən ABŞ Ticarət Palatasının tarixi binasında ABŞ-ın ölkənin aparıcı türk nəşri olan "Amerika Türkü" (TURKOFAMERICA) jurnalının qala gecəsi keçirilmişdir.

1news.az-ın verdiyi xəbərə görə, 2014-cü ildən bəri davam edən bu mərasimdə "Amerika Türkü" jurnalı (TOA) müxtəlif kateqoriya üzrə mükafatlar təqdim etmişdir.

Bu il mükafat qazanan 12 şəxsin arasında ABŞ-ın sabiq Daxili və təbii sərvətlər naziri Ryan Zinke, türk icmasının aparıcı şəxsləri, iş adamları, jurnalistlər, o cümlədən Azərbaycan Respublikasının ABŞ-dakı səfiri layiq görülmüşdür. Qala tədbirinin təşkilatçıları tərəfindən Azərbaycan səfirinə Diplomatiyada nailiyyət kateqoriyası üzrə fəxri ödül təqdim etmişdir. Tədbirdə çıxış edən diplomat TOA təşkilatçılarına dərin minnətdarlığını bildirmiş, Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq Azərbaycanın daim Türkiyənin yanında olduğunu vurğulamışdır.

Türkiyə-Azərbaycan qardaşlığının davamlılığı və sarsılmazlığı və bu qardaşlığın gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini və  prioritet məsələ olduğunu vurğulamışdır. Eyni zamanda bu yaxınlarda Azərbaycanın Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq Türkiyənin müxtəlif məşhur simaları sosial şəbəkələr vasitəsilə səmimi təbriklərin Azərbaycan ictimaiyyətində böyük məmnuniyyətlə qarşılandığını qeyd etmişdir.

Hər il keçirilən bu mükafatlandırma mərasimi ötən il Nyu York şəhərində Harvard Klubunda keçirilmişdir. Mərasimdə Türkiyə ilə dost olan otuz amerikalı mükafatlandırılmışdır.

S.Xankişiyeva

Paylaş:
549

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər