Bakıda qadın sürücünün yolunu kəsən şəxs həbs edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qadın sürücünün yolunu kəsən şəxs həbs edildi

12:09 - 01 / 12 / 2020
Bakıda qadın sürücünün yolunu kəsən şəxs həbs edildi

Dünən bəzi xəbər saytlarında Binəqədi rayonunda qadın sürücünün azyaşlı övladları ilə birlikdə hərəkətdə olan zaman başqa bir nəqliyyat vasitəsinin sükanı arxasında olan şəxslə aralarında mübahisənin baş verməsi barədə videogörüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, həmin görüntülər barədə dərhal araşdırmalara başlanılıb.

Məlum olub ki,  noyabr ayının 28-də baş verən hadisə zamanı 99-VM-967 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü, paytaxt sakini olan Təhməzov Vüqar Musa oğlu dəfələrlə manevr qaydalarını pozub və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradıb. İş üzrə aparılan araşdırmaları davam etdirmək məqsədilə sürücü V.Təhməzov Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə təhvil verilib. Sürücü Vüqar Təhməzov barəsində Polis Bölməsində inzibati protokol tərtib olunaraq baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin 30 noyabr tarixli qərarı ilə V.Təhməzov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 sutka müddətinə inzibati qaydada həbs edilib.

1news.az

Paylaş:
431

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər