E-Pul.az və Visa #EvdəQalNağdsızÖdə kampaniyasını elan etdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

E-Pul.az və Visa #EvdəQalNağdsızÖdə kampaniyasını elan etdi

10:15 - 08 / 04 / 2020
E-Pul.az və Visa #EvdəQalNağdsızÖdə kampaniyasını elan etdi

E-Pul.az və Visa elektron ödəniş platforması #EvdəQalNağdsızÖdə kampaniyasına başladığını elan etdi.

Kampaniya E-Pul.az platformasının bütün istifadəçilərinə evdən çıxmadan lazımi ödənişləri tez və təhlükəsiz şəkildə həyata keçirmək və koronavirusun yayılmasına qarşı mübarizəyə töhfə vermək üçün hazırlanmışdır.

Kampaniya çərçivəsində E-Pul.az platformasında Visa kartı ilə edilən hər əməliyyatdan 0,25 AZN istifadəçilərdən əlavə məbləğ tutulmadan Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan “Koronavirusla Mübarizəyə Dəstək Fondu"na köçürülür. Qeyd edək ki, kampaniyada həm qeydiyyatdan keçmiş, həm də qeydiyyatdan keçməmiş istifadəçilər iştirak edə bilərlər. Kampaniya aprelin 3-dən 30-dək keçiriləcəkdir.

"COVID-19 pandemiyasından qaynaqlanan qeyri-müəyyənlik şəraitində, Visa-nın əsas vəzifəsi işçilərin təhlükəsizliyini və qorunmasını və dünyadakı tərəfdaşların hərtərəfli dəstəyini təmin etmək, habelə dünyanın bütün iştirakçıları və istehlakçıları üçün ödəniş ekosisteminin sabit fəaliyyətini qorumaqdır. Bu çətin zamanda koronavirusla mübarizənin başında duran Koronavirusla Mübarizəyə Dəstək Fondu kimi təşkilatlara kömək üçün təcili addımların vacibliyini də dərk edirik. Ümid edirik ki, E-Pul.az ilə birgə kampaniyamız  lazımi əməliyyatları həyata keçirməklə azərbaycanlıların evdə qalmalarına imkandan əlavə, həm də bu vəziyyətin nəticələrinə qarşı mübarizəyə töhfə verməkdir. " Qafqaz regionu üçün Visa regional meneceri Kristina Doroş qeyd etmişdir.

#EvdəQal çağırışına qoşularaq, E-Pul.az vətəndaşların təhlükəsizliyini təmin etmək üçün nağdsız ödənişlərin artırılmasına yönəlmiş tədbirləri sürətləndirdi. E-Pul.az platformasının geniş imkanlarından faydalanaraq istehlakçılar evlərindən çıxmadan zəruri ödənişləri tez və təhlükəsiz şəkildə onlayn olaraq edə bilərlər.

E-Pul.az innovativ onlayn platformasını təqdim edən "PaySis" MMC 2014-cü ilin avqust ayında yaradılıb. E-Pul.az sistemində müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta və sair xidmətlərin alışı/ödənişi mümkündür.

E-Pul.az mobil əlavəsini yükləmək üçün aşağıdakı linklərə daxil ola bilərsiniz:

Web: https://e-pul.az/epay/home 

Android: https://play.google.com/store/apps/details?id=az.epul.technopay.android

IOS: https://apps.apple.com/us/app/e-pul/id965770019?ign-mpt=uo%3D4a

Reklam hüququnda

 

 

 

Paylaş:
716

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər