Ehsan Zahidov: «Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır» | 1news.az | Xəbərlər
Cəmiyyət

Ehsan Zahidov: «Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır»

14:00 - 25 / 01 / 2020
Ehsan Zahidov: «Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır»

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun "Report"a müsahibəsi.

- Son günlər ölkə mətbuatının gündəmini zəbt etmiş Salyan məsələsi - polis əməkdaşı Həmzə Əzizovla vətəndaş Aytəkin Abıyeva arasında olan mübahisə haradan qaynaqlanır?

- Məlumat üçün bildirirəm ki, ötən il sentyabrın 17-də Salyan şəhər sakini Yaşar Abıyev Rayon Polis Şöbəsinə müraciət edərək qızı Aytəkinin evdən çıxaraq naməlum istiqamətdə getməsini bildirmiş və onun tapılması üçün polisdən kömək istəmişdir. Qeyd edim ki, bu artıq Aytəkinin 3-cü dəfə valideynlərindən icazəsiz evlərini tərk etməsi halı idi. Bu dəfə də polis əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə qızın yeri müəyyən edilərək saxlanılmış və RPŞ-yə gətirilmişdir. Aytəkin RPŞ-nin həyətində atasını, anasını və qardaşını gördükdə "Siz məni yenə də tutub valideynlərimə verdiniz?"- deyərək çantasında olan bıçaqla polis əməkdaşının sağlamlığına ağır xəsarət yetirmişdir. Bundan sonra rayon prokurorluğunda faktla bağlı cinayət işi qaldırılmış və A.Abiyeva Lənkəran Ağır Cinayətlər məhkəməsinin hökmü ilə törətdiyi həmin cinayət əməlinə görə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

- Belə iddialar səsləndirilir ki, guya polis əməkdaşı həmin qıza təcavüz edib. Bu iddiaya münasibətiniz necədir?

- Tamamilə əsassız və uydurma iddiadır. Qeyd etdiyim kimi prokurorluqda qaldırılmış cinayət işinin istintaqı və məhkəmə baxışı zamanı A.Abiyevanın ifadəsi və digər sübutlarla təsdiq olundu ki, onlar arasında heç bir yaxınlıq olmayıb. Yəni itkin düşən şəxsin polis əməkdaşı tərəfindən axtarılıb tapılması tam qanunamüvafiq həyata keçirilib.

- Polis əməkdaşı Həmzə Əzizovun Daxili İşlər Nazirliyinin rəhbərliyində təmsil olunan hər hansı şəxslə qohumluq əlaqələri varmı?

- Birmənalı olaraq bildirirəm ki, polis kapitanı Həmzə Əzizovun DİN-in rəhbər heyətində heç bir qohumu yoxdur.

- Digər bir iddia da var ki, hazırda inzibati həbsdə olan Salyan rayon sakini Zamin Salayev saxlanılarkən işgəncəyə məruz qalıb və hətta qarın yırtığı partlayıb...

- Bu məlumat da cəmiyətdə təxribat xarakterli yalan məlumat yaymaqda maraqlı olan müəyyən dairələrin uydurduğu növbəti əsassız iddiadır. Z.Salayev məhkəmənin qərarı ilə törətdiyi inzibati xətaya görə həbs edilmişdir. Onun bütün prosessual hüquqları təmin edilmiş, o, vəkili və ailə üzvləri ilə görüşmüş, eləcə də Ombudsman Aparatının əməkdaşları ona baş çəkmişlər. Həmin məlumatla əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən xidməti yoxlama aparılıb, Z.Salayevin izahatı alınıb, Nazirliyin təşəbbüsü ilə o, DİN-in Hospitalına aparılaraq həkim müayinəsindən keçirilib. Ona işgəncə verilməsinə dair məlumat öz təsdiqini tapmamışdır. Z.Salayevin səhhətində ciddi problem aşkarlanmayıb. Yalnız həkimlər onda çoxdan mövcud olan qarın yırtığı aşkarlayıblar və özünə bu barədə məlumat veriblər.

- Bəs belə bir adi məsələnin geniş rezonans doğurmasının və polisin üzərinə bu qədər basqının olmasının səbəbi nədir?

- Bizə artıq məlumdur ki, müəyyən şəxslər ölkədə bərqərar olmuş ictimai asayişi, ictimai təhlükəsizliyi qəsdən pozmaq üçün əllərinə düşən hər yoxlanılmamış məlumatdan istifadə etməyə cəhd edirlər. Lakin onların belə qanunsuz əməllərinin qarşısı hüquq mühafizə, o cümlədən də polis əməkdaşları tərəfindən hər dəfə qətiyyətlə alınıb və bundan sonra da alınacaqdır. Həmin pozucu qüvvələr öz çirkin arzularına və niyətlərinə heç vaxt çata bilməyəcəklər. Ona görə də onlar qərəzli olaraq eşitdikləri məlumatları təhrif edərək polisin əleyhinə istifadə etməyə çalışırlar. Elə Salyan məsələsinin də geniş rezonans doğurmasının səbəbi budur.

Hesab edirik ki, hüquq mühafizə orqanları hər dəfə belə “fake” xəbərləri aşkarlayıb məsələyə aydınlıq gətirdiyi kimi, mətbuat və sosial şəbəkə istifadəçiləri də öz növbəsində belə təhrif olunmuş və yalan məlumatların yayılmasının qarşısını almalıdır.

Paylaş:
1095

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər