Ən çox milyarder hansı ölkənin payına düşür? – Top 10 | 1news.az | Xəbərlər
Dünya

Ən çox milyarder hansı ölkənin payına düşür? – Top 10

13:18 - 23 / 05 / 2020
Ən çox milyarder hansı ölkənin payına düşür? – Top 10

Hurun Tədqiqatlar İnstitutu 2020-ci il üçün ən zəngin milyaderlərin yaşadığı ölkələrin siyahısını dərc edib.  Beə ki, Hurun Global Rich List 2020-nin hesabatına görə dünyada cəmi 2816 milyarder var. Bu, keçən illə müqayisədə 346 nəfər artım deməkdir.

1news.az bizplus.az-a istinadən bildirir ki, illik hesabata əsasən,  milyarderlərin sərvəti, 16% artıb və 11,2 trilyon olub.

Reytinqdə 10-cu yeri Fransa tutur. Burada 51 milyarder yaşayır. Milyarderləri bura cəlb edənsə ölkədəki rahat həyat şəraiti və güclü iqtisadiyyatıdır.

Onun ardınca Tayland gəlir. Burada 57 milyarder yaşayır. Tayland əsasən elektronika və kompüter texnikası dəstləri ixrac edir.

Braziliyada isə 69 milyarder yaşayır. Buranın sənayesi çox yüksək inkişaf edib.

İsveçrə də reytinqə yüksək həyat şəraitinə görə milyarderlər tərəfindən seçilən ölkə kimi düşüb. O, yeddici yerdədir və burada 88 milyarder var.

6-cı yeri Rusiya tutub. Ölkənin zəngin təbii sərvətləri var və onun payına düşən milyarder sayı 91-dir.

Böyük Britaniya beşliyə daxildir. Burada 119 milyarder yaşayır. Güclü inkişaf etmiş iqtisadiyyata malikdir.

Almaniya isə 112 milyarderlə 4-cü yerdə qərarlaşıb. Ölkənin sənayesi və iqtisadiyyatı yaxşı inkişaf edib.

Üçlüyə daxil olan Hindistanda 137 milyarder var. Son zamanlar bu ölkədə iqtisadiyyatın sürətli inkişafı özünü göstərir və bu da milyarderləri bura cəlb edib.

İkinci yerdə ABŞ qərar tutub - 626 milyarder. Bura ənənəvi olaraq milyarderlərin sevimli şəhərlərindən biri hesab olunur. Güclü iqtisadiyyatından əlavə, ABŞ bir çox göstəricilərinə görə dünya liderlərindəndir.

Reytinqə başçılığı Çin edir. Burada 799 milyarder yaşayır. O, dünyanın həm də öndəgedən iqtisadi güclərindəndir.

1news.az

Paylaş:
871

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər