Gəncədə idmançı gəncin intiharı ilə bağlı açıqlama verildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə idmançı gəncin intiharı ilə bağlı açıqlama verildi - FOTO

17:08 - 14 / 08 / 2020
Gəncədə idmançı gəncin intiharı ilə bağlı açıqlama verildi - FOTO

Whatsapp messencerdə Gəncədə idmançı cüssəli şəxsin evin damında asılmış cəsədinin fotoları və bu itiharla bağlı səs yazıları yayılıb. 

Bu intihar hadisəsi ilə bağlı sosial şəbəkələr müxtəlif fikirlər səsləndirilməkdədir. Belə ki, "whatsapp messencer"də yayılan səs yazılarının birində intihar edən gəncin Mərkəzi Klinikada işlədiyi və klinikada başqa biri ilə aralarında düşən mübahisədən sonra döyüldüyü üçün özünü asdığı iddia edilir. Digər səs yazısında isə, gəncin Gəncədə qıza söz atdığı və həmin qızın yaxınları tərəfindən asıldığı bildirilir.

Məsələ ilə bağlı 1news.az-a məlumat verən DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, son günlər sosial şəbəkələrdə intihar etmiş bir nəfər Gəncə şəhər sakininin ölüm səbəbləri barədə həqiqətə uyğun olmayan, əsassız xəbərlər yayılıb.

"Qeyd edim ki, iyul ayının 18-də Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə bir nəfərin xidməti ərazidəki binalardan birinin damında intihar etməsi ilə bağlı məlumat daxil olub. Şəhər Prokurorluğunun və Baş Polis İdarəsinin əməkdaşları hadisə yerində olub, prokuror-kriminalistin və məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib, digər zəruri hərəkətlər yerinə yetirilib.
İlkin araşdırma zamanı müəyyən edilib ki, Gəncə şəhər sakini Kamran Qasımov iyulun 16-da yaşadığı binanın damında özünü asaraq intihar edib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi ( Özünü öldürmə həddinə çatdırma - Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma) ilə başlanan cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılıb. Meyitin ətraflı müayinəsi, xaricinə keçirilən baxışda gözlə görülən xəsarət və xəsarət izlərinin aşkarlanmamış, mərhumun həyat yoldaşından ayrıldığı üçün dərin psixoloji gərginlik keçirməsi nəticəsində intihar etməsinə dair əsaslı dəlillər toplanmışdır. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir".

Səs yazıları etik normalara uyğun olmadığı üçün təqdim etmirik. 

 

Qafar Ağayev

Paylaş:
4098

Son xəbərlər

Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 15:58Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb - YENİLƏNİBBu gün, 15:56Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:53Azərbaycan və İsrail XİN nümayəndələri görüşübBu gün, 15:48Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb - FOTO - VİDEOBu gün, 15:39İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 1Bu gün, 15:17Mayın 15-dən MİQ üçün elektron sənəd qəbuluna başlanılacaqBu gün, 15:13Bolqarıstan prezidenti və birinci xanımın şərəfinə rəsmi nahar verilibBu gün, 15:11Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olubBu gün, 15:03Hərbçilərə növbəti dəfə daimi mənzillər verilib - FOTOBu gün, 14:49Lənkəranın Kərgəlan kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilibBu gün, 14:34Sabah Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaqBu gün, 14:28Rumen Radev: Bolqarıstan ilə Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirirBu gün, 14:18TƏBİB: Zaqatalada zəhərlənməyə görə gətirilənlərdən 32-si evə buraxılıbBu gün, 14:13“Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək” - PrezidentBu gün, 14:03Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıbBu gün, 14:02Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basıbBu gün, 14:01Prezident: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadırBu gün, 13:56İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblərBu gün, 13:54Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çeviriBu gün, 13:51
Bütün xəbərlər