Avtomobili səkidə idarə edən sürücü həbs edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtomobili səkidə idarə edən sürücü həbs edilib - VİDEO

Qafar Ağayev10:21 - 07 / 05 / 2024
Avtomobili səkidə idarə edən sürücü həbs edilib - VİDEO

Paytaxtın Səbail rayonunda piyadaların hərəkətinə təhlükə yaradan "Mercedes" markalı, 90-OT-408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ağayev Cahangir Bəhlul oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Bakı Şəhər DYP İdarəsindən 1news.az-a verilən məlumata görə, sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Ağayev 5 sutka inzibati qaydada həbs edilib.

Paylaş:
580

Son xəbərlər

Bütün xəbərlər