INNOLAND və “AzerGold” QSC-nin Akselerasiya Proqramında iştirak edəcək startapları müəyyənləşdi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

INNOLAND və “AzerGold” QSC-nin Akselerasiya Proqramında iştirak edəcək startapları müəyyənləşdi – FOTO

14:25 - 09 / 10 / 2019
INNOLAND və “AzerGold” QSC-nin Akselerasiya Proqramında iştirak edəcək startapları müəyyənləşdi – FOTO

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə birgə təşkil olunan Akselerasiya Proqramına seçimlər keçirilib.

Cari ilin 14 avqust - 29 sentyabr tarixlərində proqramda iştirak üçün qeydiyyatdan keçən 8 startap komandası prototipi mövcud və ya inkişaf mərhələsində olan, müəyyən bazar seqmentinə aid faydalı innovativ həllər təklif ediblər.

Tədbir zamanı “AzerGold” QSC-nin aidiyyatı şöbələrinin rəhbələri və INNOLAND-ın nümayəndələrindən ibarət münsiflər heyəti istehsalat proseslərinin optimallaşdırılması, ixtisasların potensial inkişafı, bacarıqların artırılması, aparıcı texnologiya, avadanlıq və həll yollarından istifadə edilməsi kimi müxtəlif meyarlar üzrə startapları qiymətləndiriblər.

Yekunda ən yüksək bal toplayan “Join B2B”, “Buqelemun”, “Təmiz hava”, “Bioqaz” və “Kitablı” startapları növbəti mərhələyə keçərək Akselerasiya Proqramında iştirak etmək hüququnu və layihələrini reallaşdırmaq imkanını əldə ediblər. 3 ay davam edəcək Proqram çərçivəsində startap komandalarına hər həftə müxtəlif təlimlər keçiriləcək, tapşırıqlar veriləcək. Həmçinin, “AzerGold” QSC-nin aidiyyatı şöbələrinin rəhbərləri mentor qismində mütəmadi olaraq startapçıları dəstəkləmək və istiqamətləndirmək məqsədilə görüşlər keçirəcəklər.

Proqramı uğurla bitirən startaplar “AzerGold” QSC ilə birbaşa əməkdaşlıq imkanını əladə etməklə yanaşı 2020-ci ildə Türkiyədə keçiriləcək “Startup Turkey” tədbirinə qatılmaq imkanını da əldə edəcəklər.

Qeyd edək ki, “AzerGold” QSC və INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi arasında cari ilin 25 iyul tarixində imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində reallaşdırılan Akselerasiya Proqramının əsas məqsədi sahələrarası innovasiyanı stimullaşdırmaq üçün sənayenin inqilabi startaplarını bir araya gətirmək, sahə üzrə yenilikləri stimullaşdırmaq, prosesləri optimallaşdırmaq, sənayenin Azərbaycanda və regionda yeni bir standart müəyyən etməsinə töhfə verməkdir.

Reklam hüququnda

Paylaş:
642

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər