LSS MFL 2019/20 Liqasının XVII turu: “Kapital Bank” məğlub oldu, “Rəcəbspor”dan əzmkar qələbə – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

LSS MFL 2019/20 Liqasının XVII turu: “Kapital Bank” məğlub oldu, “Rəcəbspor”dan əzmkar qələbə – FOTO – VİDEO

17:10 - 17 / 01 / 2020
LSS MFL 2019/20 Liqasının XVII turu: “Kapital Bank” məğlub oldu, “Rəcəbspor”dan əzmkar qələbə – FOTO – VİDEO

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan LSS MFL 2019/20-də 17-ci turun oyunları keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, həm İnfinity, həm də Platinum konferensiyalarında çıxış edən komandalar arasında “MFL Arena”nın meydanlarında keçirilən görüşlər hər zamankı kimi gərgin mübarizə şəraitində keçib.

Qeyd edək ki, 17-ci turda İnfinity konferensiyasının ən qollu qarşılaşması “Veteran” və “Universal” komandaları arasında keçirilən görüşdə qeydə alınıb – 10 qol. Favoritlərdən sayılan “Kapital Bank” komandasının “Xəzər Astara”ya uduzması isə bir qədər gözlənilməz olub.

17-ci turda Platinum konferensiyasının oyunları olduqca məhsuldar alınıb. “AgroSport” – “Ataman” görüşündə qapılara nə az, nə çox, düz 14 top vurulub. Liderlərdən “Peçat Dönər”lə “Rəcəbspor” çətinliklə də olsa növbəti qələbələrini qazanıblar.

Turnir cədvəlinin ortasında qərarlaşan “Gənclik İK” rəqibi “Lökbatan”ı çətinliklə də olsa məğlub edərək (2:1) mövsümün ikinci yarısına qələbə ilə başladı.

“Gənclik İK” komandasının qələbə sevinci

17-ci turun ən yaddaqalan məqamlarını və qısa icmalını təqdim edirik:

5 maraqlı fakt

Bu həftə keçirilən 17-ci turla bağlı ən maraqlı 5 faktı təqdim edirik:

1. Turun maraqlı və gözlənilməz hadisələrindən biri yuxarıda da qeyd etdiyimiz kimi, güclülərdən sayılan “Kapital Bank”ın “Xəzər Astara”ya uduzması oldu. Bununla da “bankirlər” mövsümün əvvəlindən bu yana 3-cü dəfə məğlubiyyətə uğradılar.

2. Bu tur olduqca məhsuldarlığı ilə seçildi. Xüsusən Platinum konferensiyasında güclü komandalar rəqiblərini sanki top atəşinə tutdular.

3. “Rəcəbspor” – “Binə” oyunu kifayət qədər gərgin keçməklə yanaşı həm də qollu alındı. Sonda “Rəcəbspor” əzmkarlıq nümayiş etdirərək görüşdən 6:5 hesabı ilə qalib ayrılmağı bacardı.

4. İnfinity konferensiyasının vahid lideri “Squadra” komandası 16-cı oyununda 16-cı qələbəsini qazandı. Komandanın uğurlarında müdafiəçi Orxan Ağayevin rolu danılmazdır. O, bu tur da komandasının qələbəsində böyük rol oynadı.

5. Qış transfer pəncərəsində “Muğanbank”dan “Peçat Dönər”ə transfer olunan Emin Əliyev yeni komandasının heyətində meydana çıxdığı ilk oyunda 5 qol vuraraq gücünü bir daha ortaya qoydu.

LSS MFL 2019/20 Liqası – Leading Supply Solutions LLC, BOS SHELF LLC, McDonald's Azerbaijan, Muğanbank, Sabah Futbol Klubu, Carlsberg AzerbaijanGoSport Baku-nun sponsorluğu ilə keçirilir.

Daha ətraflı məlumatı liqanın mfl.az, eləcə də 1news İnformasiya Agentliyinin 1news.az saytlarından əldə edə bilərsiniz.

 
1news.az
Paylaş:
1045

Son xəbərlər

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22
Bütün xəbərlər