Yeni destinasiyalar, gözlənilən turistlər, potensial - Azərbaycanda qış turizminə hazırlıq hansı mərhələdədir? | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yeni destinasiyalar, gözlənilən turistlər, potensial - Azərbaycanda qış turizminə hazırlıq hansı mərhələdədir?

Qafar Ağayev16:56 - 11 / 12 / 2024
Yeni destinasiyalar, gözlənilən turistlər, potensial - Azərbaycanda qış turizminə hazırlıq hansı mərhələdədir?

Qış turizmi dünyanın bir çox yerində böyük maraqla qarşılanır

Qış turizmi soyuq mövsümün təbiətini və idman fəaliyyətlərini sevənlər üçün unikal imkanlar təqdim edən bir turizm növüdür. Xizək sürmə, qartopu döyüşləri və isti dağ kurortlarında istirahət kimi fəaliyyətlər qış turizminin əsas cazibələridir. Bu turizm növü qarla örtülü mənzərələrdə macəra və rahatlıq axtaran turistlər üçün ideal seçimdir.

Möhtəşəm təbiətə malik olan ölkəmizdə də qış turizmi böyük potensiala malikdir. Bununla bağlı ölkənin müxtəlif yerlərində infrastruktur yaradılıb. Bəs görəsən, Azərbaycanda qış turizminə hazırlıq tamamlanıbmı? Hansı ölkələrdən turistlər gözlənir?

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablandıran Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva deyib ki, Azərbaycanda hazırda 3 qış turizm mərkəzi fəaliyyətdədir.

“Qusarda “Şahdağ”, Qəbələdə “Tufandağ”, Naxçıvan MR-də “Ağbulaq” qış xizək mərkəzlərində ənənəvi olaraq qış mövsümünün açılışı üçün hazırlıq işləri yekunlaşmaqdadır.

Ölkəmizdə qış mövsümü hava şəraitindən asılı olaraq 10-15 dekabr tarixlərində başlayır və mart ayının sonlarınadək davam edir.

Dövlət Turizm Agentliyi tərəfindən beynəlxalq sərgi və tədbirlərdə ölkəmizin qış turizm imkanları haqqında daimi olaraq təbliğat və marketinq işləri aparılır. Şahdağ, Tufandağ və Ağbulaq kimi qış turizm destinasiyalarının təbliği əsas marketinq istiqamətləri sırasındadır.

Qış turizm destinasiyalarına daha çox MDB ölkələri, həmçinin Yaxın Şərq və Asiya regionlarından turistlər üz tuturlar. Bu istiqamətdə Avropa bazarından da turistlərin cəlb edilməsi istiqamətində işlər aparılır”.

Gülnar Mustafayeva

O, bildirib ki, 3 əsas xizək mərkəzindən əlavə, Şəkidə “Şəki Yaylası Xizək İstirahət Mərkəzi” də son illərdə daha çox yerli turistlərin diqqətini cəlb etməkdədir.

“Bütövlükdə, qış turizmi potensialı ilə fərqlənən ərazilər kimi şimal-qərb turizm dəhlizi üzrə Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşən ərazilərdə, xüsusən, Oğuz rayonu, cənub turizm dəhlizi üzrə Talış dağlarının şimal ətəklərində, əsasən, Yardımlı rayonu, qərb turizm dəhlizi üzrə Kiçik Qafqaz dağlarının ətəklərində Gədəbəy və Daşkəsən rayonları qış turizmi fəaliyyətləri üzrə investisiya qoyuluşları üçün əlverişli coğrafi xüsusiyyətlərə malikdir.

Qeyd edilənlərlə yanaşı, işğaldan azad edilmiş ərazilər üzrə də qış turizmi fəaliyyətlərinin inkişafı üçün potensial mövcuddur. Aparılan qiymətləndirmələr nəticəsində, xüsusilə, Kəlbəcər rayonunun müvafiq istiqamətdə imkanları aşkarlanmış, burada İstisu-Minkənd yolu, Sultan Heydər dağı və Zod aşırımı yolu, Dəmirçidam-Seyidlər kəndlərinin yerləşdiyi ərazilər səmərəli destinasiyalar kimi təklif edilmişdir. Həmçinin Laçın rayonunun Minkənd kəndinin sıldırım dağ ərazilərində də qış turizmi fəaliyyətləri üçün uyğun potensial mövcuddur. Ərazilər üzrə təbii coğrafi faktorlar burada xizəkçilik mərkəzlərinin rəqabətqabiliyyətli təşkili üçün imkan yaratmaqla işğaldan azad edilmiş ərazilərin iqtisadiyyata sürətli reinteqrasiyasına və dayanıqlı məskunlaşmanın təmin edilməsinə dəstək vermə potensialına malikdir”.

Paylaş:
100

Son xəbərlər

Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzində - FOTO11 / 12 / 2024, 17:59Yol qəzalarının qarşısının alınmasına həsr olunmuş beynəlxalq iclas keçirilib11 / 12 / 2024, 17:42Dövlət Əmək Müfəttişliyi Xidməti və “DOST Müfəttiş” layihəsi növbəti beynəlxalq mükafatlara layiq görülüblər11 / 12 / 2024, 17:35Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb11 / 12 / 2024, 17:25Göyçayda ev yanıb11 / 12 / 2024, 17:18Yeni destinasiyalar, gözlənilən turistlər, potensial - Azərbaycanda qış turizminə hazırlıq hansı mərhələdədir?11 / 12 / 2024, 16:56“Ulu Öndər bizə müstəqil Azərbaycan kimi zəngin bir irs qoyub” - Nigar Məmmədova11 / 12 / 2024, 16:55Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıda fanatları ilə - FOTO - YENİLƏNİB11 / 12 / 2024, 16:49Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib11 / 12 / 2024, 16:35Deputat: “Heydər Əliyevin onun parlaq ideyaları gələcəyimizə daim nur saçacaq”11 / 12 / 2024, 16:14Ceyhun Bayramovla Hakan Fidan Suriya məsələsini müzakirə ediblər11 / 12 / 2024, 16:08Lionel Messi: “Bakı, səmimi qarşılanmaya görə çox sağ ol” - VİDEO11 / 12 / 2024, 15:49Azercell-in antikorrupsiya siyasəti beynəlxalq ekspertlər tərəfindən dəyərləndirildi11 / 12 / 2024, 15:34“Elm və ali təhsilin beynəlmiləlləşməsi” mövzusunda tədbir keçirilib - FOTO11 / 12 / 2024, 15:30ABB Biz-də qeydiyyatdan keçib Mobil POS istifadə et, kiçik biznes üçün 9%-lə kredit al!11 / 12 / 2024, 15:27Bir çox travmatoloji xidmətin icbari tibbi sığortaya əlavə edilməsi planlaşdırılır11 / 12 / 2024, 15:06Prezident AÇG ilə bağlı qanunu təsdiqləyib11 / 12 / 2024, 14:55Gəncədə eyni kəsişmədə yenidən yol qəzası olub11 / 12 / 2024, 14:33Binəqədidə 2700 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb11 / 12 / 2024, 14:15Səhiyyə Nazirliyində UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüş keçirilib11 / 12 / 2024, 13:54
Bütün xəbərlər