Milli Məclis Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişini qəbul edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Milli Məclis Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişini qəbul edib

12:07 - 31 / 05 / 2020
Milli Məclis Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişini qəbul edib

Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. 

1news.az-ın APA-ya istinadən məlumatına görə, sənədə əsasən, Azərbaycan və Türkiyə arasında Birgə Komitə təsis ediləcək.

Birgə komitə bu sazişin tətbiq edilməsindən əldə olunan irəliləyişin nəzərdən keçirilməsi üçün ildə ən azı bir dəfə görüşəcək. Razılığa gələn tərəflərdən hər hansı biri digər razılığa gələn tərəfə bildiriş verməklə növbədənkənar görüş keçirilməsini tələb edə bilər.

Birgə Sazişin müddəalarına uyğun olaraq ona verilən funksiyalardan hər hansı birini həyata keçirə bilər. Razılığa gələn tərəflərdən birinin tələbi və digər razılığa gələn tərəfin təsdiqi əsasında Birgə Komitə bu sazişin icrasına təsir göstərən digər hər hansı bir məsələni araşdıra bilər. Birgə komitə həm də bu sazişə aid olan məsələlərə dair tövsiyələr verə bilər.

Birgə komitə fəaliyyəti ilə əlaqədar prosedur qaydalarını ilk iclasında müəyyənləşdirəcək.

Həmçinin, birgə komitə zəruri hesab etdiyi təqdirdə hər hansı alt komitələr və işçi qrupları yarada bilər.

Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəalar öz əksini tapıb.

Saziş razılığa gələn hər bir tərəfin həmin Sazişin qüvvəyə minməsi üçün milli qanunvericiliyində tələb olunan bütün prosedurların başa çatdırıldığını təsdiq edən sonuncu diplomatik bildirişin alınmasından sonrakı ayın ilk günü qüvvəyə minəcək.

Saziş müddətsiz bağlanıb. Saziş razılığa gələn tərəfin diplomatik kanallar vasitəsilə onun ləğv etmək barədə niyyətini bildirənədək etibarlıdır. Bu halda Saziş digər razılığa gələn tərəfin ləğvetmə bildirişini aldığı tarixdən sonrakı yeddi ayın ilk günü qüvvəsini itirəcək.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib. 

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” bu il fevralın 25-də imzalanıb.

1news.az

Paylaş:
760

Son xəbərlər

Bakıda mənzildən meyit tapılıbBu gün, 18:06“Anadolu Ankası - 2024” təlimi davam edir - VİDEOBu gün, 17:37“Vətən naminə Tavuş” hərəkatının iştirakçıları İrəvana çatıbBu gün, 17:03Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edilib - VİDEOBu gün, 16:34“Kəpəz”-“Qəbələ” matçında baş vermiş insidentlə bağlı 3 nəfər saxlanılıb - RƏSMİBu gün, 16:27Xocalının Malıbəyli kəndində insana məxsus sümük fraqmentləri aşkar edilibBu gün, 15:54Azərbaycan Türkiyə ilə KOB sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2 anlaşma memorandumu imzalayıbBu gün, 15:22Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi bəlli olubBu gün, 15:17Ordubadda qaya uçqunu baş verib - FOTOBu gün, 14:57Cəbrayıla ilin sonunadək yüzlərlə ailə köçürüləcəkBu gün, 14:11İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirikBu gün, 13:44Lənkəranda saxlanılan narkokuryerdə 22 kq marixuana aşkar olunubBu gün, 13:31Səfir: Amerika şirkətləri COP29-da iştirakda maraqlıdırBu gün, 13:22Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”Bu gün, 12:47Sabah Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaqBu gün, 12:32Bakıda Azərbaycan və Bolqarıstan işgüzar dairələrinin görüşü keçirilibBu gün, 12:26Sabah 25 dərəcə isti olacaq - ProqnozBu gün, 12:09Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu - FOTOBu gün, 12:07İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verildi - ADLARBu gün, 11:54Şahdağa qar yağıb - Faktiki havaBu gün, 11:22
Bütün xəbərlər