Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi bəlli olub
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turniri başa çatıb.
1news.az-ın məlumatına görə, finalda "Günəşli" və "Aşağı Güzdək" komandaları üz-üzə gəliblər.
"Günəşli" rəqibini 7:0 hesabı ilə üstələyərək çempion olub.
Üçüncü yer uğrunda qarşılaşmada isə “Biləcəri” və “Mərdəkan” münasibətlərə aydınlıq gətiriblər. Əsas vaxt heç-heçə (4:4) yekunlaşdığı üçün penaltilər seriyasına ehtiyac duyulub. Daha dəqiq oynayan (3:1) "Mərdəkan" futbolçuları üçüncü yeri tutublar.
Mükafatlandırmada gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın baş katibi Sərxan Hacıyev də iştirak edib.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, AFFA və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda paytaxtın kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət 32 komandası mübarizə aparıb.