Səfir: Amerika şirkətləri COP29-da iştirakda maraqlıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Səfir: Amerika şirkətləri COP29-da iştirakda maraqlıdır

Qafar Ağayev13:22 - 09 / 05 / 2024
Səfir: Amerika şirkətləri COP29-da iştirakda maraqlıdır

ABŞ şirkətləri bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29-da iştirakda maraqlıdırlar.

1news.az səfirliyə istinadən xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Baker Hughes müəssislərinə ziyarət edərkən və şirkətin ölkəmizdəki nümayəndəsi Zaur Allahverdizadə ilə görüş zamanı deyib.

“Amerikanın neft-qaz avadanlıqları və xidmətlərinin iri tədarükçüsü olan Baker Hughes şirkətinin Azərbaycandakı nümayəndəliyində 300-dən çox şəxs çalılşır. Şirkət SOCAR Upstream ilə sıx əməkdaşlıq edir. Səfirə Baker Hughes şirkətinin “yaşıl” enerji, habelə şaxələndirilmə və inklüzivlik siyasəti sahəsində təşəbbüsləri barədə məlumat verilib. O “yaşıl” enerjinin inkişafı məqsədilə normativ-hüquqi bazanın vacibliyini qeyd edib və Amerika şirkətlərinin Azərbaycanın bərpaolunan enerji sektoruna, o cümlədən COP29-da iştirakda maraqlı olduğunu vurğulayıb”,- səfirliyin məlumatında deyilir.

Paylaş:
370

Son xəbərlər

Bütün xəbərlər