Ordubadda qaya uçqunu baş verib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ordubadda qaya uçqunu baş verib - FOTO

Qafar Ağayev14:57 - 09 / 05 / 2024
Ordubadda qaya uçqunu baş verib - FOTO

Naxçıvan Muxtar Respubilkasının Ordubad rayonunun Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib.

1news.az Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, qaya uçqunu rayona yağan güclü yağış səbəbindən baş verib. Nəticədə nəqliyyat vasitələrinin hərəkəti dayanıb. Hadisə yerinə agentliyin əməkdaşları və texnikası cəlb olunub. Qısa müddət ərzində yol təmizlənib və hərəkət bərpa edilib.

Paylaş:
457

Son xəbərlər

Bütün xəbərlər