Xocalının Malıbəyli kəndində insana məxsus sümük fraqmentləri aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocalının Malıbəyli kəndində insana məxsus sümük fraqmentləri aşkar edilib

Qafar Ağayev15:54 - 09 / 05 / 2024
Xocalının Malıbəyli kəndində insana məxsus sümük fraqmentləri aşkar edilib

Xocalı rayonunun Malıbəyli kəndi ərazisində insana məxsus sümük fraqmentləri aşkar edilib.

Bu barədə 1news.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 8-də işğaldan azad olunmuş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində həyata keçirilən tikinti-qazma işləri zamanı insana məxsus olması ehtimal edilən müxtəlif sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Xocalı rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş:
351

Son xəbərlər

Bütün xəbərlər