Müharibə nəticəsində psixoloji yardıma ehtiyacı olanların reabilitasiyası məqsədilə Türkiyədən 20 mütəxəssis dəvət olunub – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Müharibə nəticəsində psixoloji yardıma ehtiyacı olanların reabilitasiyası məqsədilə Türkiyədən 20 mütəxəssis dəvət olunub – VİDEO

16:00 - 20 / 01 / 2021
Müharibə nəticəsində psixoloji yardıma ehtiyacı olanların reabilitasiyası məqsədilə Türkiyədən 20 mütəxəssis dəvət olunub – VİDEO

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun tam qələbəsi ilə başa çatdı və erməni təcavüzünə son qoyuldu.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə,  müharibənin törətdiyi fəsadlar qazilərimizə, o cümlədən doğmalarını itirmiş şəhid ailələri, terror aktlarından fiziki-mənəvi zərər görmüş insanlara öz mənfi təsirini göstərib. Belə ki, bu faktorlar insanlarda posttravmatik stress pozuntusu, depressiya, ünsiyyətdə çətinlik, suisidal fikirlər, aqressiya, zərərli vərdişlərdən asılılıq və digər bu kimi halların yaranmasına səbəb olur.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyi “112” qaynar telefon xətti vasitəsilə vətəndaşlarımıza 24 saat fasiləsiz təcili psixoloji yardımın göstərilməsi fəaliyyətini davam etdirir.

Bununla yanaşı, müharibənin fəsadları nəticəsində psixi problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasının səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyə Respublikasından 20 nəfər klinik-psixoloq və psixoterapevt dəvət olunub. Qazilərin, şəhid ailəsi üzvlərinin, terror aktlarından fiziki-mənəvi zərər görmüş insanların psixoterapevtik müalicəsinin təşkili məqsədilə həmin mütəxəssislərin azərbaycanlı məsləkdaşları ilə birgə fəaliyyət göstərməsi nəzərdə tutulub. Səfər zamanı həmçinin mütəxəssislər arasında təcrübə mübadiləsi aparılacaq. Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng edərək mütəxəssislərlə görüş vaxtını təyin edib ödənişsiz şəkildə müvafiq psixoterapevtik yardım ala bilərlər.

"İnanırıq ki,  bir-birimizə mənəvi dəstək olaraq müharibənin qoyduğu fəsadları tezliklə aradan qaldıracağıq", - deyə FHN-nin məlumatında bildirilir.

S.Xankişiyeva

 

 

Paylaş:
365

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər