Sabunçu vağzalının dağıdılmış aslanları: Bakıdakı memarlıq abidəsi kimin qurbanıdır? – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçu vağzalının dağıdılmış aslanları: Bakıdakı memarlıq abidəsi kimin qurbanıdır? – FOTO

15:50 - 03 / 12 / 2019
Sabunçu vağzalının dağıdılmış aslanları: Bakıdakı memarlıq abidəsi kimin qurbanıdır? – FOTO

Heyvanların padşahına xas – Sabunçu vağzalında yer alan əzəmətli və möhtəşəm aslanların barelyefi 93 ildir ki, Bakının mərkəzini bəzəyirdi. İllər keçdi, fəsillər dəyişdi, dəyişikliklər küləyi əsdikcə paytaxtın sakinləri, memarlığı, bir sözlə Bakıda hər şey dəyişdi.

Sabunçu dəmir yolu vağzalının binası tikilən gündən, yəni 1926-cı ildən aslanların barelyefi də orada idi. Memar Nikolay Qriqoryeviç Bayevin Azərbaycan milli memarlığının elementləri və texnikasından istifadə edərək yaratdığı vağzal elə ilk gündən sərnişinlərə xidmət göstərək Sovetlər Birliyinin ilk Bakı-Sabunçu elektrik qatarı kimi uzun illər sakinlərə xidmət göstərməyə başladı.

Sərnişin daşımalarının həcmi artıqdan sonra artıq Sabunçu vağzalı bunun öhdəsindən gələ bilmədi. Buna görə də vağzalın yeni binası “28 May” metro stansiyasının yaxınlığında açıldı. Köhnə vağzal bir müddət fəaliyyətini dayandırdı. Lakin indi Sabunçu vağzalı yenidən təmir edildi, mağazalar açıldı, həmçinin burada dəmir yolu muzeyi də fəaliyyət göstərir...

Nədənsə aslanların barelyefi ilə sirli hadisə baş verdi. Azərbaycan Memarlar İttifaqının üzvü, sənətşünalıq doktoru, professor Elçin Əliyev Sabunçu vağzalından keçərkən peşəsi üzrə adət edərək fasada baxarkən gördüyü mənzərəni 1news.az-la bölüşüb.

“Baxmasaydım, daha yaxşı olardı. Aydınlaşdırıram: Fotoda Sabunçu vağzalının yuxarı hissəsidir. Nə üçün? Onlar kimə mane olurdu? Aslanların barelyefi sındırlıb! Sınmış burun şüşə ilə bərkidilərək mismar vurulub.

Arxivdə bir neçə il öncə, vağzalın təmirdən əvvəlki çəkilmiş şəkillərinə baxdım. Bütün aslanlar bütövdür. Təsəvvür edin, 90 il ərzində bina təmir edilmədən öncə hər şey qaydasında olub, aslanlar da tam olublar. “Təmirdən” sonra aslanlar bu vəziyyət düşüb.

Nədənsə bizlərdə sual vermək qəbahət hesab olunur. Mən risk edəcəyəm: bir neçə il öncə Sabunçu vağzalı üzrə təmir işlərini hansı şirkət həyata keçirib? İşlərə kim nəzarət edirdi? Ölkədə memarlıq abidələrinin vəziyyətinə diqqət yetirmək kimlərə həvalə olunurdu?”, - Elçin Əliyev aslanların hazırki və təmirdən əvvəlki şəkillərini təqdim edir.

Əlbəttə ki, bir redaksiya olaraq bizi Bakını mərkəzində memarlıq abidəsi olan aslanların barelyefinin dağıdılması ilə bağlı məlumat narahat etdi. Lakin 1news.az məsələ ilə bağlı jurnalist araşdırmalarına başladıqda müraciət etdiyimiz bir çox dövlət qurumları buna inanmadı.

“Təqdim etdiyiniz fotolar köhnədir. Ola bilsin ki, Elçin Əliyev bunları təmirdən öncə edib”, nüfuzlu dövlət qurumlarından biri müraciətimizə belə cavab verdi.

Bu misraların müəllifi E.Əliyevə etibar edərək bizimlə birlikdə həmçinin fotoqrafla vağzala gəldi. Əmin olduq ki, qüllədə 8 barelyef var – hər tərəfdən iki ədəd. Lakin 28 Mall tərəfə baxan 2 və Rus Provaslav Kilsəsi tərəfdən biri bərbad hala salınıb. Qalan beşində hər şey qaydasındadır.

Nəzərə alsaq ki, Sabunçu dəmir yolu vağzalı “Azərbaycan Dəmir Yolları” QSC-nin balansındadır, eyni zamanda məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət etdik.

Nəsimi rayon İcra Hakimiyyətindən bizə bildirdilər ki, nə icra hakimiyyəti, nə də ona tabe olan qurumlar Sabunçu dəmir yolu vağzalının təmir etməyib və aslanların dağıdılması ilə bağlı işi olmayıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətini rəhbəri Natavan Bayramova bizə bildirdi ki, qurum vağzalın daxildən təmir işləri ilə məşğul olduğu üçün aslanların dağdılmasında əli olmayıb. Öz növbəsində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti araşdırma üçün 1news.az-ın sorğusunu qəbul edib.

Qeyd edək ki, dövlət qurumu məsləni aydınlaşdırmaqda davam edir. Ümid edək ki, 1926-cı ilə məxsus memarlıq abidəsi olan aslanlar qısa zamanda bərpa olunacaq. Bu məsələ sadəcə Sabunçu vağzalının əsl zahiri görünüşü, estetik baxımından vacib deyil, həmçinin təhlükəsizlik nöqteyi-nəzərindən də vacibdir. Qüllənin altından hər gün minlərlə sakin keçir. Düşünürəm ki, aslan barelyefinin bir hissəsi və ya bütöv aslan başı kiminsə başına düşmədən barelyefin ilkin görünüşü bərpa edilməklə yanaşı, piyadaların təhlükəsizliyi də təmin edilməlidir.

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
3649

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər