Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO

Qafar Ağayev17:10 - 23 / 04 / 2024
Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib.

Bu barədə 1news.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, doğulan körpənin cinsi kişi, çəkisi 3 000 qr, boyu 49 sm-dir.

Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

Paylaş:
640

Son xəbərlər

Bütün xəbərlər