“Siz Azərbaycan xalqının yanında təkcə Prezident kimi deyil, həm də ata, övlad, qardaş kimi dayandınız” – Prezidentə yazırlar | 1news.az | Xəbərlər
Siyasət

“Siz Azərbaycan xalqının yanında təkcə Prezident kimi deyil, həm də ata, övlad, qardaş kimi dayandınız” – Prezidentə yazırlar

21:05 - 21 / 05 / 2020
“Siz Azərbaycan xalqının yanında təkcə Prezident kimi deyil, həm də ata, övlad, qardaş kimi dayandınız” – Prezidentə yazırlar

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Solmaz Çələbiyevadan, Bakı, Azərbaycan

“Çox hörmətli cənab Prezident.

Sizin bu pandemiya dövründə Azərbaycan xalqının hər bir vətəndaşının yanında olub, onun arxasında təkcə Prezident kimi deyil, həm də ata, övlad, qardaş kimi dayanmağınızı vətəndaş olaraq mən də alqışlayıram və buna görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu çətin yolu asan keçməkdən ötrü Sizə Allahdan möhkəm cansağlığı və bütün işlərinizdə daha böyük uğurlar diləyirəm”.

Səidə Həmidova və Bəşir Xəlilovdan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizin koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirləriniz çoxsaylı insan tələfatının qarşısını aldı. Bu gün bizə həm maddi, həm də mənəvi dəstək verdiyinizə görə Sizə minnətdarıq.

Çox xoşbəxtik ki, Sizin rəhbərlik etdiyiniz dövrdə və dövlətdə yaşayırıq. Biz özümüzün və ailə üzvlərimizin adından Sizə minnətdarlığımızı bildirərək, gələcəkdə daha uca zirvələr fəth etməyinizi arzulayırıq”.

Bayram Ələkbərovdan, Füzuli, Azərbaycan

“Çox hörmətli Prezidentimiz.

Mən bir Azərbaycan gənci və Füzuli sakini olaraq xalqımıza verdiyiniz dəyərə, ölkəmiz üçün göstərdiyiniz xidmətlərinizə görə Sizə və hörmətli Mehriban xanıma dərin təşəkkürümü bildirirəm. Ulu Öndərimizin məcburi köçkünlərə hər zaman göstərdiyi diqqət və qayğını biz Sizin fəaliyyətinizdə də görürük. Buna misal olaraq, mənim təhsil haqqımın dövlət tərəfindən ödənilməsidir.

Dəyərli Prezidentim və çox hörmətli Mehriban xanım, Sizin uğurlu fəaliyyətiniz sayəsində Azərbaycanımızı müasir və inkişaf etmiş ölkələr sırasında görürük. Bütün dünyada yayılan koronavirus pandemiyasının ölkəmizə təsiri oldu. Lakin Siz ilk gündən başlayaraq qabaqlayıcı tədbirlər gördünüz. Məhz bu tədbirləriniz xalqımızın sağlamlığını qorudu. Siz hər zaman xalqımızın yanında olmusunuz, bu çətin günlərdə də vətəndaşlarımızdan qayğınızı əsirgəmədiniz.

Cənab Prezident, bütün bunlara görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizə məsuliyyətli və şərəfli fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram. Sizinlə qürur duyuram”.

Esmira Nəbiyevadan, Gəncə, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Koronavirus pandemiyası səbəbindən dünyanın əksər ölkələri hazırda çətin günlər yaşayır. Əlbəttə ki, pandemiya Azərbaycana da təsirini göstərdi. Lakin bütün çətinliklərə baxmayaraq, Azərbaycan vətəndaşı heç bir ağırlıq hiss etmir. Bunlar Sizin mükəmməl siyasi və iqtisadi siyasətinizin uğurlarıdır.

İşsiz kimi qeydiyyatda olan şəxslərə pandemiya dövründə vəsaitlərin verilməsi, eyni zamanda, xəstəliklə mübarizədə verdiyiniz qərarlar bir daha təsdiq etdi ki, Siz hər bir vətəndaşın Prezidentisiniz. İndi Azərbaycan vətəndaşı əmindir ki, bütün vəziyyətlərdə dövləti onun arxasındadır.

Şəxsən öz adımdan, eyni zamanda, ailəmin adından bir daha Sizə minnətdarlığımı bildirirəm”.

Təranə Tağıyevadan, Şirvan, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Bütün bəşəriyyətin ağır pandemiya ilə həyatda qalmaq uğrunda mübarizə apardığı bir dövrdə Sizin ən ali dəyərlərə söykənərək insanların sağlamlığının qorunmasına göstərdiyiniz diqqət və qayğı yüksək insani keyfiyyətlərinizin, mənəvi zənginliyinizin daha bir göstəricisidir. Sizin uzaqgörən siyasətiniz, ən çətin məqamlarda qəbul etdiyiniz düzgün qərarlar ölkəmizi və xalqımızı pandemiyanın ən ağır nəticələrindən xilas etdi.

Pandemiyanın dünyanın ən inkişaf etmiş ölkələrində belə, sözün əsl mənasında, insanlıq dramı yaşatdığının şahidi oluruq. Lakin Sizin uzaqgörənliyiniz, çevik və vaxtında həyata keçirdiyiniz tədbirlər sayəsində ölkəmiz bütün dünyaya ən uğurlu mübarizə modelini nümayiş etdirdi. Əlbəttə, bu, bir vətəndaş olaraq məni sevindirməyə bilməz. Sizinlə fəxr edirəm, qürur duyuram, cənab Prezident! Sizə minnətdaram”.

Elcan Quliyevdən, Ağstafa, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün tərəfinizdən görülən tədbirlər təqdirəlayiqdir. Virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər üçün böyük məbləğdə vəsaitin ayrılması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, sosial baxımdan həssas ailə qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı qərarın verilməsi bu məsələyə necə ciddi yanaşdığınızı göstərir.

Cənab Prezident, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi olaraq təhsil haqqımın ödənilməsində göstərdiyiniz dəstəyə görə şəxsən öz adımdan və valideynlərimin adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun, Sizi Azərbaycan xalqına çox görməsin”.

Fərid Fəxrəddinlidən, Bakı, Azərbaycan

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Mən bir gənc olaraq çox sevinirəm ki, Azərbaycana Sizin kimi uzaqgörən siyasi xadim rəhbərlik edir. Sizin rəhbərliyinizlə ölkəmizdə böyük işlər görülür və geniş dünyagörüşünə malik gənc nəsil formalaşır. Azərbaycan gənci Sizə daim güvənir.

Cənab Prezident, Azərbaycan xalqı çox çətinliklərin öhdəsindən layiqincə gəlib. İnanırıq ki, hazırki narahat günlərimiz də tezliklə tarixin yaddaşına köçəcək və Sizin rəhbərliyinizlə ölkəmizdə həyat yenidən öz axarına düşəcək.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan, xalqımız üçün gördüyünüz bütün işlərə, yorulmaz fəaliyyətinizə görə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqının üzvləri adından Sizə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Əminik ki, koronavirusla mübarizə çərçivəsində atdığınız humanist addımlar öz müsbət nəticələrini verəcək”.

S.Xankişiyeva

Paylaş:
847

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər