V.Bayramov: Maliyyə imkanlarımız vətəndaşların sosial təminatının gücləndirilməsinə imkan verəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

V.Bayramov: Maliyyə imkanlarımız vətəndaşların sosial təminatının gücləndirilməsinə imkan verəcək

12:46 - 09 / 07 / 2020
V.Bayramov: Maliyyə imkanlarımız vətəndaşların sosial təminatının gücləndirilməsinə imkan verəcək

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxndan dəstəklənməsi siyasəti davam etdirilir. Prezident İlham Əliyevin yerli televiziyalara müsahibədə qeyd olunduğu kimi, ölkəmiz pandemiyanın təsirlərini minmumlaşdırmaq üçün həm vətəndaşlarımızın sosial təminatının daha yaxşılaşdırılması, həm də səhiyyə sisteminin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində intensiv fəaliyyəti davam etdirir. 

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Millət vəkili bildirib ki, 800 çarpayılıq xəstəxananın istifadəyə verilməsi və növbəti dövrdə daha 1300 çarpayılıq yeni modul tipli xəstəxananın istifadəyə veriləcəyi də bunu bir daha təsdiq edir. Hazırda ölkənin 45 xəstəxanasında koronovirus xəstələri müalicə alırlar ki, bu xəstəxanaların 36-sı prezident İlham Əliyevin Sərəncamı ilə son dövrlərdə tikilib. 

Vüqar Bayramov deyib ki, ölkəmizdə aparılan islahatlar, xüsusən də son 6 ildə daha da dərinləşdirilmiş islahat paketi nəticəsində pandemiya dövrünün çətinliklərinə baxmayaraq Azərbaycan iqtisadiyyatı 5 ayın yekunlarına görə cəmi 1,7 faiz tənəzzülə uğradı:

“Qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələr üzrə orta azalma göstəricisi 9 fazidir. Uzun müddət sürətli artımı ilə fərqlənən Çində pandemiya səbəbindən ÜDM 7 faizdən çox azalıb. Avrozonada aktivlik pandemiyadan əvvəlki dövr ilə müqayisədə 18 faiz azalıb.  Göründüyü kimi, Azərbaycan pandemiyanın təsirlərini minimumlaşdırmağa nail olan ölkələrdən hesab olunur.  Cənab Prezidentin bəyan etdiyi kimi, pandemiya dövründə ön planda olanı insanların sağlamlığıdır və insanlarımızın sağlamlığı ilə müqayisədə iqtisadiyyat ikinci plandadır”.  

Millət vəkili qeyd edib ki, ölkəmizdə həyata keçirilən strateji siyasət son illər Azərbaycanın maliyyə imkanlarının daha güclənməsinə səbəb olub. Azərbaycanın strateji valyuta ehtiyatları ÜDM-dən çoxdur. Azərbaycan bu göstəriciyə görə dünyada azsaylı ölkələrdən biridir:

“Pandemiyanın davam etdiyi növbəti dövrlərdə də bizim maliyyə imkanlarımız vətəndaşların sosial təminatının gücləndirilməsinə imkan verəcək. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, 2020-ci ildə neftin dünya bazar qiymətinin aşağı olması və pandemiyanın təsirlərinə baxmayaraq, heç bir sosial proqram təxriə salınmayacaq. Büdcədən maliyyələşən sosial ayırmalar həyata keçiriləcək. Bu il məcburi köçkünlər üçün rekord sayda bina tikiləcək və 7 mindən çox köçkün ailəsi yeni mənzillə təmin olunacaq. Şəhid ailələri üçün 1500 mənzil istifadəyə veriləcək. Qüsursuz xidmət edən zabitlərə 400 mənzilin verilməsi nəzərdə tutulur. 85 min ailə, yəni, 300 mindən çox insan ünvanlı sosial yardım alacaq. Bu isə ondan xəbər verir ki, pandemiyanın davam edəcəyi halda növbəti aylarda da dövlət dəstəyinin güclənməsini müşahidə edəcəyik. Həmçinin vergi güzəştləri və güzəştli kreditlər paketi təsdiq olunub ki, bu da sahibkarların həmin paketlərdən istifadə etməsinə imkan verəcək. Bu baxımdan dövlət növbəti aylarda təşviqedici paketlər vasitəsilə sahibkarların və vətəndaşların dəstəklənməsini həyata keçirəcək”.  

Vüqar Bayramov əlavə edib ki, Azərbaycan bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Bu Azərbaycanın iqtisadi gücünü və humanist siyasətini xarakterizə edən göstəricilərdəndir.

1news.az

Paylaş:
1202

Son xəbərlər

İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11
Bütün xəbərlər