Vüqar Bayramov: “Dostluq” yatağı ilə bağlı Memorandum strateji əhəmiyyət daşıyır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vüqar Bayramov: “Dostluq” yatağı ilə bağlı Memorandum strateji əhəmiyyət daşıyır

17:09 - 21 / 01 / 2021
Vüqar Bayramov: “Dostluq” yatağı ilə bağlı Memorandum strateji əhəmiyyət daşıyır

Xəbər verdiyimiz kimi, 21 yanvar 2021-ci il tarixində Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Bu yataq SSRİ dövründə azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb.

Ümumiyyətlə, Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimiz bu işdə böyük rol oynayıblar.

Bəs görəsən bu Memorandum iki ölkəyə nə verəcək? Bu memorandumun əhəmiyyəti nədir?

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, imzalanmış anlaşma tarixi əhəmiyyət daşıyır:

“Azərbaycanın qaz strategiyasının əsas prioritetləri, hədəfləri məhz Xəzəryanı ölkələr arasında əməkdaşlığın dəstəklənməsindən ibarətdir. Bu, Azərbaycan və Türkmənistan arasındakı strateji əməkdaşlığın inkişafından xəbər verir. Eyni zamanda hər iki ölkə üçün strateji və iqtisadi əhəmiyyəti var. Bu, hər iki ölkənin dövlət gəlirlərinin, eləcə də valyuta gəlirlərinin artmasına imkan yaradacaq. Çünki nəticə etibarı ilə enerji resurslarının hazır edilməsi və dünya bazarına çıxarılması ölkələrin gəlirlərinin artmasına səbəb olacaq".

V.Bayramov bildirib ki, "Dostluq" yatağının resurslarından hər iki ölkə iqtisadi baxımdan faydalanacaq:

“Eyni zamanda bu bir əməkdaşlıq platformasıdır və xüsusən də ikitərəfli müzakirələrin nəticəsi olaraq yatağın birgə işlənməsi ilə bağlı razılığın əldə edilməsi həm də Xəzərin statusu müəyyənləşdişdən sonra formalaşmış əməkdaşlıq platformasının gücləndirilməsindən xəbər verir. Bu baxımdan strateji əhəmiyyət daşıyır.

Azərbaycan həmin yataqda olan enerji resurslarının birgə işlənməsi ilə dünya bazarına çıxarılması nəticəsində dövlət gəlirlərini artırmaq imkanı qazanacaq və tranzit ölkə olaraq mövqeyini gücləndirəcək. Azərbaycanda son 20 ildə formalaşmış infrastruktur imkan verəcək ki, “Dostluq” yatağından hasil olunan neft və qazın dünya bazarına çıxarılması təmin olunsun. Bu eyni zamanda ölkəmizin tranzit ölkə olaraq əhəmiyyətinin artması və gəlir əldə etməsi anlamına gəlir. Bu baxımdan hər iki ölkə üçün strateji əhəmiyyət daşımaqla pozitiv iqtisadi təsirləri olacaq”.

Qafar Ağayev

Paylaş:
532

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər